Son dövrlərdə restoranlarda artan qida zəhərlənmələrinin qarşısının alınması üçün tədbirlər davam etdirilir.
"Gündəmtv.az" xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib.
Onun sözlərinə görə, restoranlarda artan qida zəhərlənmələrini hansısa cinayət faktı, yaxud təşəbbüsü ilə əlaqələndirmək doğru deyil:
"Ötən il Sumqayıtda, bu il isə Gəncədə belə hadisələr baş verib. Qida istehsal edən müəssisələr və iaşə obyektlərində yol verilən boşluqlar buna səbəb ola bilər. Dərhal hansısa cinayət faktının olduğunu düşünmək düzgün deyil. Belə hallar baş verdikdə həm Baş Prokurorluq, həm də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tədbirlər görür".