Azərbaycanda aparılan siyasət dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur.
"Gündəmtv.az" xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) sədri Asəf Hacıyev qurumun Bakıda keçirilən 65-ci plenar sessiyasından sonra jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və QDİƏT PA üzvləri sabah Qarabağa səfər edəcəklər:
"Bu səfər təsdiqləyir ki, QDİƏT ölkələri və parlamentləri Azərbaycanın siyasətini, ərazi bütövlüyünü bərpa etməsini dəstəkləyirlər".