• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Batumidə Azərbaycanın Milli Qurtuluş, Silahlı Qüvvələr günləri, “Konstitusiya və Suverenlik İli” qeyd edilib

Manşet / Siyasət

Bu gün, 11:31


Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə ölkənin müasir tarixində xüsusi önəm daşıyan üç əlamətdar hadisəyə – 15 İyun - Milli Qurtuluş Günü”, 26 İyun - Silahlı Qüvvələr Günü və 2025-ci ilin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunmasına həsr edilmiş dəyirmi masa keçirilib.

Baş Konsulluqdan "Report"un Gürcüstan bürosuna bildirilib ki, tədbirdə konsulluğun əməkdaşları ilə yanaşı, Gürcüstanın Acarıstan bölgəsində təhsil alan azərbaycanlı tələbələr, diaspor təşkilatlarının təmsilçiləri, ictimai xadimlər, Gürcüstanın Beynəlxalq İnvestorlar Assosiasiyasının nümayəndələri, media mənsubları və yerli azərbaycanlı icma üzvləri iştirak ediblər.

Baş konsul Fuad Əzizov tədbiri açaraq, ilk növbədə, 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə geniş danışıb. O bildirib ki, 1993-cü ilin məhz bu günü xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoyub.

Daha sonra 26 İyun – Silahlı Qüvvələr Günü barədə danışan Baş konsul Azərbaycan Ordusunun formalaşma tarixi, inkişaf mərhələləri və 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər barədə məlumat verib. Vurğulanıb ki, bu qələbə Ulu Öndərin “Güclü dövlət üçün güclü ordu” prinsipinin təntənəsidir. Fuad Əzizov qeyd edib ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusu təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə də əhəmiyyətli uğurlar qazanıb.

Tədbirdə, həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının hüquqi və siyasi önəmi barədə iştirakçılara ətraflı məlumat verilib. Qeyd olunub ki, bu təşəbbüs ölkədə hüquqi dövlət quruculuğu və milli suverenliyin möhkəmləndirilməsi baxımından mühüm addımdır. Konstitusiya Azərbaycanın dövlətçilik əsaslarını və demokratik dəyərlərini qoruyan ali hüquqi sənəd olaraq, artıq Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla bütün ölkə ərazisində tətbiq olunur.

Çıxışlarda bildirilib ki, bu üç hadisə - qurtuluş, güclü ordu və suverenlik - bir-birini tamamlayaraq müasir Azərbaycan dövlətinin möhkəm təməlini təşkil edir.

Tədbirdə iştirak edən tələbələr, diaspor üzvləri və ictimai fəallar da çıxış edərək hər üç əlamətdar hadisənin Azərbaycan xalqı üçün dərin mənəvi, tarixi və siyasi əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonda iştirakçılara 15 İyun – Milli Qurtuluş Günü, 26 İyun – Silahlı Qüvvələr Günü və “Konstitusiya və Suverenlik İli” ilə bağlı hazırlanmış qısametrajlı filmlər təqdim olunub.

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

15-06-2025, 10:20

Türkiyə XİN: Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək

Manşet / Siyasət

15-06-2025, 00:00

Azərbaycanda Milli Qurtuluş Günüdür

Manşet / Siyasət

15-06-2025, 02:10

XİN Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Manşet / Cəmiyyət

3-05-2025, 18:30

4 gün ardıcıl qeyri-iş günü olacaq - TARİXLƏR

Manşet / Cəmiyyət

31-05-2024, 10:21

İyunda neçə gün evdəyik?

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 15:15
    "Viva Desserts" mağazalarında malların göstərilən qiymətdən baha satıldığı məlum olub
  • Bu gün, 15:02
    Minskdə Qərbi Azərbaycana qayıdışın əsaslarına dair ictimai müzakirə keçirilib
  • Bu gün, 14:44
    "Bazarstore" qiymət fərqinə görə cəzalandırılıb
  • Bu gün, 13:40
    Azərbaycanda Belarus tekstil məhsullarının təşviqi üzrə sazişlər imzalanıb
  • Bu gün, 12:50
    Bakıda Almaniya viza mərkəzi açılıb
  • Bu gün, 11:31
    Batumidə Azərbaycanın Milli Qurtuluş, Silahlı Qüvvələr günləri, “Konstitusiya və Suverenlik İli” qeyd edilib
  • Bu gün, 11:22
    Baş Prokurorluq: Restoranlarda artan qida zəhərlənmələrinin qarşısının alınması üçün tədbirlər görülür
  • Bu gün, 11:20
    Konstitusiya Məhkəməsi Ombudsmanın verdiyi sorğular əsasında 25 qərar və 7 qərardad qəbul edib
  • Bu gün, 11:12
    QDİƏT PA-nın sədri: Üzv ölkələr Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini dəstəkləyirlər
  • Bu gün, 11:11
    Şiri Şiriyev: Azərbaycan beynəlxalq nəqliyyat marşrutlarının inkişafında fəal iştirak edi
  • Bu gün, 10:44
    Əli Əhmədov: Qərbi azərbaycanlılar Ermənistandan pozulmuş hüquqlarının bərpasını tələb edə bilərlər
  • Bu gün, 08:50
    İsrail İrandakı istehsal obyektlərinə silsilə hücumlar həyata keçirib
  • Bu gün, 08:46
    Xameneyi: Döyüş başlayır
  • Bu gün, 07:00
    Kəngərli kəndinin 13 yaşlı sakini: Ağdamda qalıb həkim işləmək istəyirəm
  • Bu gün, 06:40
    Kəngərli kəndinə qayıdan sakin: 32 il bu günü gözləmişik
  • Bu gün, 06:20
    Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
  • Bu gün, 06:00
    Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır
  • Bu gün, 04:30
    SEPAH: İsrailin səmasına tam nəzarəti ələ keçirmişik
  • Bu gün, 04:00
    BMT dünya ictimaiyyətini nüvə silahı ilə bağlı xəbərdarlıq edib
  • Bu gün, 03:45
    Aşağı Qarabağlar, Aşağı Qaraqala, Aşağı Qaranlıq - türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası
  • Bu gün, 03:04
    Günəşdə güclü alışma baş verib
  • Bu gün, 00:30
    KİV: İranın cənub-qərbində İsrailin hərbi təyyarəsi vurulub
  • Dünən, 21:00
    Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib
  • Dünən, 20:45
    Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
  • Dünən, 20:16
    Türkiyənin Baş Ombudsmanı "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalı ilə təltif edilib
  • Dünən, 20:14
    Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür
  • Dünən, 20:14
    Tramp: İran üzərindəki hava məkanı artıq ABŞ-nin tam nəzarəti altındadır
  • Dünən, 19:38
    BQXK-nın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq
  • Dünən, 19:30
    Azərbaycanla Avstriya arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub
  • Dünən, 19:30
    Sahibə Qafarova Bolqarıstan Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
  • Dünən, 19:05
    Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib
  • Dünən, 19:00
    Azərbaycanla Şimali Makedoniya parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub
  • Dünən, 18:23
    Naxçıvanda nöqsanlar aşkar edilmiş ictimai obyektlərin fəaliyyəti məhdudlaşdırılıb
  • Dünən, 18:21
    Ayxan Hacızadə: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib
  • Dünən, 18:20
    Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə