“Orta və ali təhsilimi işğaldan azad edilən ərazilərdə davam etdirəcəyəm. Ağdamda qalıb həkim işləmək istəyirəm”.
“Gündəmtv.az” xəbər verir ki, bu sözləri Ağdamın Kəngərli kəndinə qayıdan 13 yaşlı keçmiş məcburi köçkün Zeynəb Abbasova söyləyib.
Onun sözlərinə görə, Azərbaycan bayrağı işğaldan azad edilmiş bütün torpaqlarda dalğalanır:
“Ailə üzvlərimlə birgə evimizə qayıtdığım üçün çox xoşbəxtəm. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Ordumuza təşəkkür edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.