"Bellegprom" konserni ilə Azərbaycan Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası arasında tekstil sənayesi və ixrac sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
"Gündəmtv.az" xəbər verir ki, sənədin imzalanması konsern nümayəndə heyətinin Bakıda Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə biznes görüşü çərçivəsində baş tutub.
Memorandumun məqsədi Belarus tekstilinin Azərbaycan bazarına ixrac həcminin genişləndirilməsidir. Tərəflər istehsalçılar və distribütorlar arasında birbaşa əlaqələrin inkişafı, ixtisaslaşmış tədbirlər, sərgilər və təqdimatlar vasitəsilə Azərbaycan bazarında Belarus məhsullarının təşviqi, həmçinin ölkədə Belarus ticarət infrastrukturunun formalaşmasına dəstək göstərilməsi barədə razılığa gəliblər.
Bundan əlavə, görüş zamanı "Moqoteks" ASC ilə Bakı Tikiş Evi arasında 500 min ABŞ dolları məbləğində parça tədarükü üzrə müqavilə imzalanıb.
Memorandum çərçivəsində əməkdaşlıq "Bellegprom" MMC şirkəti vasitəsilə geyim, parça və aksessuarlar daxil olmaqla tekstil məhsulları kimi əmtəə istiqamətlərini əhatə edəcək.
Report.az