• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

BQXK-nın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq

Manşet / Siyasət

Dünən, 19:38


Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş vətəndaşların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib.

Qeyd olunub ki, münaqişənin əvvəlindən etibarən əsir-girov götürülmüş vətəndaşların və itkin şəxslərin ailə üzvləri hər iki qurum tərəfindən qəbul edilib, onların müraciətləri və qaldırdığı məsələlərə baxılıb, zəruri tədbirlər görülüb, siyahıların dəqiqləşdirilməsi və informasiya mübadiləsi aparılıb, ailələrə, o cümlədən əsir-girovluqdan azad edilmiş şəxslərə sosial və psixoloji dəstək göstərilib.

"BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür, o cümlədən işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri, aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi və şəxsiyyəti müəyyən edilmiş itkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaq.

Bildiririk ki, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hər zaman olduğu kimi, vətəndaşların müraciətlərinə baxılır, onlarla gündəlik təmaslar və İşçi qrupunda qəbullar davam etdirilir.

İtkin düşmüş yaxınları ilə bağlı məlumatların alınması, həmçinin onlara dair müvafiq materialların, ərizə və müraciətlərin təqdim edilməsi üçün vətəndaşlar info@human.gov.az elektron poçt ünvanı, 010-232-33-77 mobil telefon nömrəsi və 81-61 qaynar xəttindən istifadə etməklə İşçi qrupu ilə əlaqə saxlaya bilərlər.

Dövlət Komissiyasının İşçi qrupu Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 ünvanında yerləşir", - məlumatda deyilir.

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

10-03-2025, 11:50

170 azərbaycanlı əsir işgəncələrlə öldürülüb

Manşet / Siyasət

7-02-2025, 20:55

Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr apardı

Manşet / Siyasət

2-10-2024, 18:51

Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edildi

Manşet / Cəmiyyət

19-08-2024, 15:52

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlandı

Manşet / Siyasət

3-08-2024, 12:10

Dövlət Komissiyası: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 961 nəfər itkin düşüb

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 21:00
    Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib
  • Dünən, 20:45
    Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
  • Dünən, 20:16
    Türkiyənin Baş Ombudsmanı "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalı ilə təltif edilib
  • Dünən, 20:14
    Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür
  • Dünən, 20:14
    Tramp: İran üzərindəki hava məkanı artıq ABŞ-nin tam nəzarəti altındadır
  • Dünən, 19:38
    BQXK-nın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq
  • Dünən, 19:30
    Azərbaycanla Avstriya arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub
  • Dünən, 19:30
    Sahibə Qafarova Bolqarıstan Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
  • Dünən, 19:05
    Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib
  • Dünən, 19:00
    Azərbaycanla Şimali Makedoniya parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub
  • Dünən, 18:23
    Naxçıvanda nöqsanlar aşkar edilmiş ictimai obyektlərin fəaliyyəti məhdudlaşdırılıb
  • Dünən, 18:21
    Ayxan Hacızadə: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib
  • Dünən, 18:20
    Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
  • Dünən, 18:10
    Mənəvi Dəyərlərin Təbliği Fondu məscidlərdə “Hər məsciddə kitabxana” layihəsinə başlayır
  • 16-06-2025, 22:43
    İsrail XİN: İrana zərbələr Avropanın təhlükəsizliyinə töhfə verir
  • 16-06-2025, 22:00
    SNN: İran İsrailin hücumlarına yaxın saatlarda cavab verəcək
  • 16-06-2025, 21:50
    KİV: İran İsrailin Bney Brak şəhərindəki hərbi hədəflərə hücuma hazırlaşır
  • 16-06-2025, 21:36
    Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib
  • 16-06-2025, 21:20
    BMT mina qadağasına dair qlobal kampaniyaya start verir
  • 16-06-2025, 21:05
    Qızıl Aypara Cəmiyyəti: İsrail Tehranda xilasetmə qrupunu vurub - YENİLƏNİB
  • 16-06-2025, 20:10
    Rusiya, Belarus, İspaniya vətəndaşları İrandan Azərbaycana təxliyə olunub - YENİLƏNİB
  • 16-06-2025, 19:40
    Mirzoyan ATƏT sədrinə Ermənistan-Azərbaycan sülh müqaviləsinə yönəlmiş səylər barədə danışıb
  • 16-06-2025, 18:14
    Türkiyə və Ermənistan XİN rəsmiləri ikitərəfli məsələləri müzakirə ediblər
  • 16-06-2025, 15:40
    QMİ rəsmisi: Azərbaycanlı zəvvarlar vətənə qayıdır - YENİLƏNİB
  • 16-06-2025, 14:37
    Parisdə Azərbaycanın mədəni irsinə həsr olunmuş kitabların təqdimatı keçirilib
  • 16-06-2025, 14:28
    Tacikistanın 10 vətəndaşı Azərbaycan vasitəsilə İrandan təxliyə edilib
  • 16-06-2025, 14:26
    Azərbaycan və Özbəkistan XİN başçıları bölgədə təhlükəsizlik məsələsini müzakirə ediblər
  • 16-06-2025, 14:21
    Saatlıda pambıqçılıq üzrə beynəlxalq forum keçiriləcək
  • 16-06-2025, 14:02
    Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb
  • 16-06-2025, 13:40
    Möminə xatun türbəsinin bərpası ilə bağlı müqavilə imzalanıb
  • 16-06-2025, 13:37
    İranın raket hücumları nəticəsində İsraildə 24 nəfər ölüb
  • 16-06-2025, 13:20
    İsrail Ordusu: İran PUA-larına qarşı yeni HHM vasitələri tətbiq edilib
  • 16-06-2025, 12:47
    İran parlamenti "Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə"dən çıxmağı nəzərdən keçirdiyini təkzib edib
  • 16-06-2025, 12:42
    Qazaxıstan vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana minnətdardır - EKSKLÜZİV
  • 16-06-2025, 12:41
    İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə