2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən 725 milyon 162 min manat sığorta haqqı toplanılıb.
“Gündəmtv.Az” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% çoxdur.
Sözügedən dövrdə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği isə 356 milyon 633 min manat təşkil edib.
Bu isə illik müqayisədə 58,5% çoxdur.