İsrail Hərbi Hava Qüvvələri hərbi əməliyyatın başlanğıcından bəri İranın raket qurğularının təxminən üçdə ikisini məhv edib.
“Gündəmtv.az” xəbər verir ki, bu barədə “Reuters” İsraildəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20-yə yaxın qırıcı təyyarə İranın qərbində yeni hücum dalğası həyata keçirib. Bütün hücumlarda "yer-yer" sinifli raket infrastrukturu və İran ordusunun hərbçiləri hədəfə alınıb.
Mənbə qeyd edib ki, ilkin qiymətləndirmələrə görə, qırıcı təyyarələr İranın raket qurğularının üçdə ikisini məhv edib.