"Qayalı" marketlər şəbəkəsinin rəhbəri İdris Quliyev Azərbaycanın Milli Qəhrəmanı, "Zəfər" ordenli, Vətən müharibəsi şəhidi Şükür Həmidovun oğlu Nurlan Həmidli ilə görüşüb.
Gündəmtv.az xəbər verir ki, Nurlan Həmidli bu il Qubadlı rayonu Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinin XI sinfini bitirir. İdris Quliyev onu məktəbi bitirməsi, məzun olması münasibətilə təbrik edib, gələcək təhsil və həyat yolunda uğurlar arzulayıb.
Görüş zamanı "Qayalı" marketlər şəbəkəsinin rəhbəri Şükür Həmidovun şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Azərbaycan Ordusunda qüsursuz xidmətindən, göstərdiyi şücaət və qəhrəmanlığından, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı keçdiyi döyüş yolundan danışıb.
Qeyd olunub ki, polkovnik Şükür Həmidovun qəhrəmanlığı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, o xidməti dövründə müxtəlif orden və medallarla təltif olunub.
Məlumat üçün bildirək ki, Nurlan Həmidli builki buraxılış imtahanında 224,5 bal toplayıb.