Bu gün UNEC-də müəllimlərin 7-8 min manat maaş alması realdır.
"Gündəmtv.az" xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov universitetin 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə deyib.
O vurğulayıb ki, ali təhsil müəssisəsinin ən böyük hədəfi dünyanın ən yaxşı 500 univeristeti siyahısına düşməkdir:
"Universitetdə rəqabət mühiti yarada bilmişik. Müəllimlərin maaşı differensial əməkhaqqıdır. Bunu da müəllimlərin reytinqi sistemi əsasında müəyyən edirik. Bununla bağlı xüsusi proqram təminatımız var. Reytinqdə ilk onluqda olan müəllimlərin əmək haqqısı 2 dəfə, 11-dən 30-a qədər yer tutanların 70 faizi qədər artırıla bilir. Bu gün universitetdə reytinqdə yer alan müəllimlərin 7-8 min manat maaş alması realdır. Biz müəllimlərin rəqabətini stimullaşdırmaq üçün onlar arasında tədiqaqatçı statusunu tətbiq etməyə başladıq. Bizim özəlliyimiz ondadır ki, regionda ilk dəfə rəqəmsal univeristet modelini reallaşdıra bildik".