• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Almaniya prezidentinin gəlişi Azərbaycana xüsusi nə qazandıracaq? - AÇIQLAMA

Manşet / İqtisadiyyat

2-04-2025, 19:00


“Almaniyanın iqtisadiyyatı son illərdə ciddi problemlərlə üzləşib, ən əsas çətinlik isə iqtisadi durğunluq və struktur zəiflikləridir. 2025-ci ildə Almaniya üçün ÜDM artımının yalnız 0,7 faiz olacağı proqnozlaşdırılır. 2017-ci ildən bəri iqtisadi artım cəmi 1,6 faiz olub, bu isə Avropa İttifaqının 9,5 faiz olan ortalamasından xeyli aşağıdır. Yüksək enerji qiymətləri, dövlət sərmayələrinin aşağı səviyyəsi və ixraca asılılıq kimi faktorlar bu durğunluğu dərinləşdirir. Eyni zamanda, Almaniyanın sənaye bazası zəifləyir, tanınmış şirkətlər istehsalın bir hissəsini xaricə köçürür və sənaye istehsalı azalır”.

Gündəmtv.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirli Almaniyanın ağırlaşan iqtisadi durumu və Almaniya-Azərbaycan əlaqələrinin iqtisadi tərəflərinin ən vacib məqamlarını şərh edrəkən deyib.

Onun sözlərinə görə, Almaniyanın yaşlanan əhalisi də iqtisadiyyatın əsas problemlərindən biridir:

“Kiçilən əmək ehtiyatı və avtomatlaşdırma təzyiqləri ilə sənayelər üzləşir. Sənayedə ixtisarlar və struktur dəyişiklikləri gözlənilir, lakin iqtisadiyyatın rəqabət qabiliyyətini qorumaq üçün ciddi dövlət investisiyaları və yeni siyasət islahatları lazımdır. Dövlət sərmayələri Aİ-nin ortalamasından xeyli aşağıdır, bürokratik maneələr və struktur problemləri isə innovasiya və inkişafı əngəlləyir.

Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusən Polşa və Macarıstan, daha dinamik iqtisadiyyatlarla Almaniyanı geridə qoyur. Almaniya, Çin və digər ölkələrin artan rəqabətinə qarşı mübarizədə çətinliklərlə üzləşir. Çin avtomobil istehsalçıları, xüsusən elektrik avtomobillərindəki irəliləyişlərlə Alman avtomobil sənayesini təhdid edir. Bundan əlavə, Almaniyanın ABŞ ilə ticarətində də çətinliklər mövcuddur.

Almaniyanın irəliləməsi üçün ciddi iqtisadi, siyasi və struktur islahatları tələb olunur. İqtisadi artımın canlandırılması, yüksək enerji qiymətlərinin qarşısının alınması, sənayenin rəqabət qabiliyyətinin artırılması və bürokratik maneələrin aradan qaldırılması əsas hədəflərdir. Əgər islahatlar həyata keçirilməsə, bu, yalnız Almaniyanın iqtisadiyyatını zəiflətməyəcək, həm də Avropa daxilində iqtisadi qeyri-bərabərliyi artıracaq. Amma Almaniyanın yenidən iqtisadi artım dinamikasını yüksəldəcəyini düşünürəm. Çünki bunun üçün lazım olan hər şey bu ölkədə var. Sadəcə bəzi siyasi-iqtisadi yanlışlar bu dinamikanı sıradan çıxarmışdı”.

Ekspert qeyd edib ki, son illərdə Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib:

“Bu əlaqələr həm ticarət, həm də investisiya sahəsində müsbət tendensiyalar göstərir. Bir milyardın altında olan ticarət dövriyyəsi 2013-cü ildə 2,1 milyard dollar, 2014-cü ildə isə özünün tarixi rekordunu yeniləyərək 2,6 milyard dollara çatdı. Lakin, 2017-ci il, pandemiya ilini istisna etmək şərti ilə, bu əlaqələrin ən aşağı səviyyəyə düşdüyü dövr oldu; həmin il ticarət dövriyyəsi yalnız 867 milyon dollar olub.

Son zamanlarda isə göstəricilər müsbət inkişaf etməyə başladı. 2025-cü ilin yanvar-fevral aylarında Azərbaycan ilə Almaniya arasında ticarət əməliyyatlarının həcmi 485 milyon dolları keçdi. Bu isə 180 faiz, yəni əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artım deməkdir.
Əsasən Azərbaycan, Almaniyaya 284,9 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur. Almaniya, Azərbaycanın ümumi ixracının 5,98%-ni təşkil edərək 5-ci ən böyük ticarət tərəfdaşı olub.

Hesabat dövründə Almaniyadan Azərbaycana olan idxal 200,4 milyon dollar olub ki, bu da illik müqayisədə 76,3% artım deməkdir. Bu statistika ölkələr arasında iqtisadi əlaqələrin güclənməsinin göstəricisidir.

İnvestisiya sahəsində də nəzərəçarpan irəliləyişlər müşahidə olunub. Almaniyanın Azərbaycana qoyduğu birbaşa xarici investisiyalar 2024-cü ildə 75,3 milyon dollar olub və bu, əvvəlki illə müqayisədə 2,83 dəfə artıb. 2024-cü ildə Azərbaycanın ümumi xarici sərmayələri isə 7,05 milyard dollar təşkil edib, bu da 5,83% artım deməkdir.

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri hər iki ölkəni iqtisadiyyatına, xüsusilə də ticarət və investisiya sahəsinə, eləcə bu əlaqələrin gələcək inkişafına təsir göstərə bilər. Çünki, bu cür səfərlər ölkələr arasında ticarət mübadiləsinin artmasına, yeni investisiya layihələrinin həyata keçirilməsinə və biznes mühitinin daha da yaxşılaşdırılmasına təkan verir”.

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

2-04-2025, 12:33

“Qarabağ Azərbaycandır!” - Ştaynmayer

Manşet / Siyasət

2-04-2025, 10:03

Frank-Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub

Manşet / Siyasət

31-03-2025, 20:00

Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb

Manşet / İqtisadiyyat / Cəmiyyət

31-03-2025, 15:35

Banklara ən çox borcu olan rayonlar - CƏDVƏL

Manşet / Cəmiyyət

28-10-2024, 00:49

Dörd günlük iş həftəsinə keçdilər, iqtisadi artım iki dəfədən çox sürətləndi

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 15:15
    "Viva Desserts" mağazalarında malların göstərilən qiymətdən baha satıldığı məlum olub
  • Bu gün, 15:02
    Minskdə Qərbi Azərbaycana qayıdışın əsaslarına dair ictimai müzakirə keçirilib
  • Bu gün, 14:44
    "Bazarstore" qiymət fərqinə görə cəzalandırılıb
  • Bu gün, 13:40
    Azərbaycanda Belarus tekstil məhsullarının təşviqi üzrə sazişlər imzalanıb
  • Bu gün, 12:50
    Bakıda Almaniya viza mərkəzi açılıb
  • Bu gün, 11:31
    Batumidə Azərbaycanın Milli Qurtuluş, Silahlı Qüvvələr günləri, “Konstitusiya və Suverenlik İli” qeyd edilib
  • Bu gün, 11:22
    Baş Prokurorluq: Restoranlarda artan qida zəhərlənmələrinin qarşısının alınması üçün tədbirlər görülür
  • Bu gün, 11:20
    Konstitusiya Məhkəməsi Ombudsmanın verdiyi sorğular əsasında 25 qərar və 7 qərardad qəbul edib
  • Bu gün, 11:12
    QDİƏT PA-nın sədri: Üzv ölkələr Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini dəstəkləyirlər
  • Bu gün, 11:11
    Şiri Şiriyev: Azərbaycan beynəlxalq nəqliyyat marşrutlarının inkişafında fəal iştirak edi
  • Bu gün, 10:44
    Əli Əhmədov: Qərbi azərbaycanlılar Ermənistandan pozulmuş hüquqlarının bərpasını tələb edə bilərlər
  • Bu gün, 08:50
    İsrail İrandakı istehsal obyektlərinə silsilə hücumlar həyata keçirib
  • Bu gün, 08:46
    Xameneyi: Döyüş başlayır
  • Bu gün, 07:00
    Kəngərli kəndinin 13 yaşlı sakini: Ağdamda qalıb həkim işləmək istəyirəm
  • Bu gün, 06:40
    Kəngərli kəndinə qayıdan sakin: 32 il bu günü gözləmişik
  • Bu gün, 06:20
    Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
  • Bu gün, 06:00
    Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır
  • Bu gün, 04:30
    SEPAH: İsrailin səmasına tam nəzarəti ələ keçirmişik
  • Bu gün, 04:00
    BMT dünya ictimaiyyətini nüvə silahı ilə bağlı xəbərdarlıq edib
  • Bu gün, 03:45
    Aşağı Qarabağlar, Aşağı Qaraqala, Aşağı Qaranlıq - türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası
  • Bu gün, 03:04
    Günəşdə güclü alışma baş verib
  • Bu gün, 00:30
    KİV: İranın cənub-qərbində İsrailin hərbi təyyarəsi vurulub
  • Dünən, 21:00
    Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib
  • Dünən, 20:45
    Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
  • Dünən, 20:16
    Türkiyənin Baş Ombudsmanı "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalı ilə təltif edilib
  • Dünən, 20:14
    Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür
  • Dünən, 20:14
    Tramp: İran üzərindəki hava məkanı artıq ABŞ-nin tam nəzarəti altındadır
  • Dünən, 19:38
    BQXK-nın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq
  • Dünən, 19:30
    Azərbaycanla Avstriya arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub
  • Dünən, 19:30
    Sahibə Qafarova Bolqarıstan Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
  • Dünən, 19:05
    Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib
  • Dünən, 19:00
    Azərbaycanla Şimali Makedoniya parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub
  • Dünən, 18:23
    Naxçıvanda nöqsanlar aşkar edilmiş ictimai obyektlərin fəaliyyəti məhdudlaşdırılıb
  • Dünən, 18:21
    Ayxan Hacızadə: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib
  • Dünən, 18:20
    Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə