Son illərdə Almaniya hökumətinin siyasətinə baxılsa, regiona çox balanslı münasibətin olduğunu görmək mümkündür.
Gündəmtv.az-ın xəbərinə görə, bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatda Qərbin torpaqları işğal altında olduğu dövrdə Azərbaycana münasibətdə ikili standartları ilə bağlı sualı cavablandırarkən bildirib.
Almaniya Prezidenti deyib ki, həssas məqamlara diqqətlə yanaşılıb: “Biz məsələlərə beynəlxalq hüquq normalarına uyğun münasibət bildirmişik. Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq”.
“Biz həmişə demişik ki, bu, sizin (Azərbaycan) ərazinizdir və bu gün Almaniyanın bu mövqeyini təsdiqləyirik”, - F.Ştaynmayer 30 il ərzində Azərbaycan ərazilərini işğal etməsinə görə Ermənistana qarşı niyə heç bir tədbir görülmədiyinə dair suala cavab verərkən bildirib.