• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Bu fənnin müəllimləri də sertifikasiyaya CƏLB EDİLƏCƏK

Manşet / Cəmiyyət

26-04-2025, 18:46


Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq.

2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış 38 min müəllimin əməkhaqqına 10%, 17 min müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib. Nəticədə maaşına 10% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, maaşına 35% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib. Bu il təxminən 27 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb ediləcəyi gözlənilir.

Qeyd edək ki, məktəblərdə fiziki tərbiyə fənninə olan münasibət və müəllimlərin peşəkarlıq səviyyəsi yenidən gündəmə gəlib. Uzun illərdir ki, bu sahəyə barmaqarası yanaşma, dərslərin formal keçirilməsi və müəllimlərin qeyri-peşəkar fəaliyyəti valideyn və şagirdlərin narazılığına səbəb olur. Təhsil ekspertləri dəfələrlə bu məsələyə diqqət çəkib.

Artıq yaxın gələcəkdə fiziki tərbiyə müəllimlərinin sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılır.

Gündəmtv.Az xəbər verir ki, modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə bildirib ki, zaman-zaman ölkəmizdə pedaqoji fəaliyyətlə məşğul olan işçilər arasında sertifikatlaşmanın həyata keçirilməsi nəzərdə tutulur:

"Qeyd etmək lazımdır ki, sertifikatlaşma dünyanın əksər ölkələrində həyata keçirilir. Müəllimin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi iki mərhələdə (test və müsahibə) həyata keçirilir. Sertifikatlaşma prosesinə hazırlaşan müəllimlər müxtəlif ədəbiyyatlarla tanış olarlar. İnternet resursları müəllimin özünütəhsil imkanlarını artırıb. Öyrəndikləri məsələlərlə bağlı müəllimlər bir-biri ilə fikir mübadiləsinə daxil olurlar. Bunu sertifikatlaşma prosesinə hazırlığın daha mühüm tərkib hissəsi kimi dəyərləndirmək lazımdır. Fikir mübadiləsi həmçinin müəllimlərin müxtəlif təcrübələri bir-birindən öyrənməsi deməkdir. Bu yollarla müəllimlərin öz bilik və bacarıqlarını təkmilləşdirməsi onların daha səriştəli fəaliyyət göstərməsi üçün böyük imkanlar açır".

H.Əlizadə bildirib ki, sertifikatlaşmanın həyata keçirilməsi müəllimlərin öz işinə münasibətində müsbət dəyişiklik yaranmasını şərtləndirib:

"Bu o deməkdir ki, müəllimlərin daha keyfiyyətli dərs deməsi üçün bütün fənlər üzrə sertifikatlaşmanın həyata keçirməsi məqsədəuyğundur. Ölkəmizdə sertifikatlaşma prosesinin həyata keçirilməsində humanizm prinsiplərinə üstünlük verilir. Birinci dəfə sertifikatlaşmadan keçməyən müəllimlərə ikinci şans verilir. İkinci dəfə keçirilən sertifikatlaşma imtahanlarının nəticələri göstərir ki, müəllimlər özünətəhsil ilə məşğul olduqda daha yüksək nəticələr əldə edə bilirlər. Məktəbin fənlərindən biri də fiziki tərbiyədir. Mən fiziki tərbiyə haqqında danışmazdan əvvəl belə bir fikir söyləmək istəyirəm ki, məktəbdə keçirilən fənləri əsas və qeyri-əsas kimi təsnif etmək doğru deyil, onların hər birinin özünəməxsus məqsəd və vəzifələri vardır. Bu məqsəd və vəzifələr şəxsiyyətin formalaşması və inkişafı baxımından zəruri əhəmiyyət kəsb edir. O cümlədən fiziki tərbiyə fənni. Bu o deməkdir ki, zaman-zaman bütün fənlərdən sertifikatlaşma həyata keçirilməsi nəzərdə tutulur. Lakin bu zaman hər bir fənnin özünəməxsusluqları nəzərə alınmalıdır. Siz tamamilə düz deyirsiniz ki, fiziki tərbiyə fənnini tədris edən müəllimlər həm bu sahədə xüsusi biliklərə, həm də bacarıqlara malik olmalıdırlar. Hesab edirəm ki, onların sertifikatlaşması prosesində fiziki tərbiyə istiqamətində həm biliklərinin, həm də bacarıqlarının yoxlanılması zəruridir".

Şura sədri sonda qeyd edib ki, fiziki tərbiyə həm şəxsiyyətin inkişafı, həm də hərbi vətənpərvərlik tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir:

"Sağlam bədəndə sağlam ruh olar" deyəndə atalar şəxsiyyət yetişdirməyin yolunun insanın fiziki cəhətdən inkişafından keçdiyini nəzərdə tuturdular. Gənc nəsil nə qədər sağlam olarsa, onlar həm öz gələcək fəaliyyətlərində, həm də Vətənin müdafiəsində mühüm rol oynaya bilərlər. Məsələnin belə qoyuluşu fiziki tərbiyə dərslərinin keyfiyyətini artırmağı tələb edir. Düşünürəm ki, fiziki tərbiyə müəllimlərinin sertifikatlaşması onların dərslərinin keyfiyyətinin artmasında mühüm rol oynayacaqdır".

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

28-02-2025, 17:27

Məzuniyyətdə olan müəllimlər də bu il sertifikasiyadan keçəcək? - Rəsmi CAVAB

Manşet / Cəmiyyət

28-12-2024, 13:07

Təhsil müəssisələrində yoxlama - 70 nəfər işdən çıxarıldı

Manşet / Siyasət

20-11-2024, 16:08

Bu müəllimlərin aylıq əmək haqqı 1295 manat təşkil edib - Nazir

Manşet / Cəmiyyət / Elm və təhsil

25-06-2024, 16:45

Bu müəllimlərin müqavilələrinə xitam veriləcək

Manşet / İqtisadiyyat

25-06-2024, 12:00

Bu müəllimlərin də maaşı 35% artırılsın - AÇIQLAMA

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 16:11
    Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub
  • Bu gün, 16:02
    Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzi təsis ediləcək
  • Bu gün, 15:55
    İsrail İranın raket qurğularının üçdə ikisini məhv edib
  • Bu gün, 15:50
    Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
  • Bu gün, 15:47
    Muxtar Babayev: COP29 sədrliyi Bakıda verilən vədlərin yerinə yetirilməsi istiqamətində işi davam etdirəcək
  • Bu gün, 15:46
    "Haber Global": "Azərbaycan məhəlləsi"ndə həyat başlayır
  • Bu gün, 15:40
    Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
  • Bu gün, 14:50
    Əbu-Dabidən Qəbələyə ilk birbaşa aviareys açılıb
  • Bu gün, 14:34
    BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib, onlara ailələri ilə əlaqə üçün şərait yaradılıb
  • Bu gün, 14:00
    Macarıstan İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb
  • Bu gün, 13:52
    Ermənistan ordusunun generalı Azərbaycan ərazilərində mina basdırılması ilə bağlı sualları cavablandırıb
  • Bu gün, 12:52
    İlham Quliyev: "İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
  • Bu gün, 12:51
    Zəngilan və Qubadlıda aqrar inkişaf üçün mühüm su infrastruktur layihəsi başa çatdırılıb
  • Bu gün, 12:46
    Xocalıya köçürülən 350-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edilib
  • Bu gün, 12:22
    QDİƏT PA-nın 65-ci Baş Assambleyasının iştirakçıları Şuşada səfərdədir - YENİLƏNİB
  • Bu gün, 12:20
    "Qayalı" marketlər şəbəkəsinin rəhbəri Şükür Həmidovun oğlu ilə görüşdü - FOTO
  • Bu gün, 12:12
    ABŞ İsraildəki vətəndaşlarının təxliyəsinə hazırlaşır
  • Bu gün, 11:48
    Rektor: Bu gün UNEC-də müəllimlərin 7-8 min manat maaş alması realdır
  • Bu gün, 11:47
    QDİƏT PA 65-ci Baş Assambleyasının iştirakçılarının Qarabağa səfəri başlayıb
  • Bu gün, 11:46
    Sumqayıtda tekstil fabrikində yanğın başlayıb
  • Bu gün, 11:40
    İran İsrail tərəfindən nüvə obyektlərinə hücum barədə AEBA-nı məlumatlandırıb
  • Bu gün, 11:34
    Cio Kristofoli BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin edilib
  • Bu gün, 11:14
    Səfir: Azərbaycan Meksika şirkətləri üçün regionda haba çevrilə bilər
  • Bu gün, 11:10
    Ərdoğan: Kahramanmaraşdakı "Azərbaycan məhəlləsi"ndə 49 min 56 iş və yaşayış yeri inşa olunub
  • Bu gün, 11:08
    Bakıda TDT Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb - YENİLƏNİB
  • Bu gün, 10:51
    Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib
  • Bu gün, 10:42
    Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib
  • Bu gün, 10:20
    Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb
  • Bu gün, 10:05
    İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirib
  • Bu gün, 10:00
    Azərbaycan Moldova ilə vergi sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Bu gün, 09:40
    Azərbaycan və Belarus HHQ komandanları əməkdaşlıq istiqamətlərini müzakirə ediblər
  • Bu gün, 09:30
    Azərbaycan və Özbəkistan vergi sahəsində əməkdaşlığı genişləndirəcək
  • Bu gün, 09:30
    Strategiya və dövlət proqramı layihələri üzrə dövlət qurumlarının fəaliyyətini əlaqələndirəcək komissiya yaradılıb
  • Bu gün, 03:20
    Putin: Rusiya ilə Azərbaycan arasında logistika sahəsində əməkdaşlıq inkişaf edir
  • Bu gün, 02:00
    Yaşar Gülər: Azərbaycanın gücü bizim gücümüzdür
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə