• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

"Bu ölkə ilə sadəcə strateji tərəfdaş deyil"

Manşet / Siyasət

25-02-2025, 17:53


“Azərbaycan və Pakistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri və səfər zamanı aparılan müzakirələr, imzalanan sənədlər bu faktı təsdiqləyir”.

Bu fikirləri Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, iki ölkənin əlaqələri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. “Münasibətlərimizin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. Prezident İlham Əliyevlə Baş nazir Məhəmməd Şahbaz Şərifin görüşündə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirildi.
Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı qeyd etdiyi kimi, iki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik: “Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə ölkəsində Azərbaycana xüsusi rəğbət bəslənildiyini diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin dərinləşməsinə Azərbaycan Prezidentini xüsusi töhfə verməsindən məmnunluğunu ifadə edib”, - o qeyd edib.

Deputat Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təqdirəlayiq hal hesab edib: “Bu ölkə işğalçı siyasətinə görə Ermənistanla heç bir diplomatik münasibət qurmayıb. 44 günlük Vətən müharibəsində də Pakistan birmənalı olaraq Azərbaycanın haqq işini dəstəklədiyini bəyan etdi. Eləcə də Kəşmir məsələsində də Azərbaycan Pakistanın haqlı mövqeyini dəstəkləyir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. “Onların sırasında ticarət, sərmayə və enerji məsələsi diqqət mərkəzindədir. Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlıq da perspektivlidir. Bütün bunlar bir daha münasibətlərimizin uğurla inkişaf etməsinin göstəricisidir. Səfər zamanı imzalanmış dövlətlərarası sənədlər isə əlaqələrimizi daha da gücləndirəcək”, - o vurğulayıb.

Sevinc Fətəliyeva əlavə edib ki, ölkələrimiz arasında bu cür möhkəm münasibətlərin əsasını ortaq tarix, mədəni və dini dəyərlər təşkil edir: “İllərdir Pakistan Hökuməti rəsmi Bakının mövqeyini ardıcıl və prinsipial şəkildə müdafiə edir, beynəlxalq arenada Azərbaycanın maraqlarını dəstəkləyən ölkələr sırasında yer alır. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Ötən ilin sonunda Azərbaycan Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ailəsinə qoşularaq, bu qurum çərçivəsində iqtisadi əlaqələrini daha da genişləndirmək imkanı əldə etdi. Azərbaycanın D-8-ə üzvlüyü Pakistan da daxil olmaqla, digər üzv ölkələrlə ticarət, investisiya və iqtisadi əməkdaşlıq sahələrində yeni perspektivlər açıb. Azərbaycan-Pakistan münasibətləri, sadəcə, iki dövlət arasında strateji tərəfdaşlıqla məhdudlaşmır, bu, eyni zamanda, qardaşlıq və qarşılıqlı etimada əsaslanan bir dostluq modelidir. Proseslər göstərir ki, gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının perspektivləri çox böyükdür”.

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

24-02-2025, 20:54

Şahbaz Şərif: Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız və vəhdətimiz əfsanəvi olub

Manşet / Siyasət

24-02-2025, 18:33

Prezident İlham Əliyevin adından Pakistanın Baş nazirinin şərəfinə dövlət ziyafəti verilir

Manşet / Siyasət

24-02-2025, 19:24

Fərid Şahbazlı: “Azərbaycan-Pakistan əlaqələri çətin tarixi sınaqlardan üzüağ çıxıb”

Manşet / Siyasət

29-11-2024, 11:52

Əli Əsədov Gürcüstanın Baş nazirini təbrik edib

Manşet / Siyasət

20-11-2024, 11:30

Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 15:15
    "Viva Desserts" mağazalarında malların göstərilən qiymətdən baha satıldığı məlum olub
  • Dünən, 15:02
    Minskdə Qərbi Azərbaycana qayıdışın əsaslarına dair ictimai müzakirə keçirilib
  • Dünən, 14:44
    "Bazarstore" qiymət fərqinə görə cəzalandırılıb
  • Dünən, 13:40
    Azərbaycanda Belarus tekstil məhsullarının təşviqi üzrə sazişlər imzalanıb
  • Dünən, 12:50
    Bakıda Almaniya viza mərkəzi açılıb
  • Dünən, 11:31
    Batumidə Azərbaycanın Milli Qurtuluş, Silahlı Qüvvələr günləri, “Konstitusiya və Suverenlik İli” qeyd edilib
  • Dünən, 11:22
    Baş Prokurorluq: Restoranlarda artan qida zəhərlənmələrinin qarşısının alınması üçün tədbirlər görülür
  • Dünən, 11:20
    Konstitusiya Məhkəməsi Ombudsmanın verdiyi sorğular əsasında 25 qərar və 7 qərardad qəbul edib
  • Dünən, 11:12
    QDİƏT PA-nın sədri: Üzv ölkələr Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini dəstəkləyirlər
  • Dünən, 11:11
    Şiri Şiriyev: Azərbaycan beynəlxalq nəqliyyat marşrutlarının inkişafında fəal iştirak edi
  • Dünən, 10:44
    Əli Əhmədov: Qərbi azərbaycanlılar Ermənistandan pozulmuş hüquqlarının bərpasını tələb edə bilərlər
  • Dünən, 08:50
    İsrail İrandakı istehsal obyektlərinə silsilə hücumlar həyata keçirib
  • Dünən, 08:46
    Xameneyi: Döyüş başlayır
  • Dünən, 07:00
    Kəngərli kəndinin 13 yaşlı sakini: Ağdamda qalıb həkim işləmək istəyirəm
  • Dünən, 06:40
    Kəngərli kəndinə qayıdan sakin: 32 il bu günü gözləmişik
  • Dünən, 06:20
    Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
  • Dünən, 06:00
    Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır
  • Dünən, 04:30
    SEPAH: İsrailin səmasına tam nəzarəti ələ keçirmişik
  • Dünən, 04:00
    BMT dünya ictimaiyyətini nüvə silahı ilə bağlı xəbərdarlıq edib
  • Dünən, 03:45
    Aşağı Qarabağlar, Aşağı Qaraqala, Aşağı Qaranlıq - türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası
  • Dünən, 03:04
    Günəşdə güclü alışma baş verib
  • Dünən, 00:30
    KİV: İranın cənub-qərbində İsrailin hərbi təyyarəsi vurulub
  • 17-06-2025, 21:00
    Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib
  • 17-06-2025, 20:45
    Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
  • 17-06-2025, 20:16
    Türkiyənin Baş Ombudsmanı "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalı ilə təltif edilib
  • 17-06-2025, 20:14
    Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür
  • 17-06-2025, 20:14
    Tramp: İran üzərindəki hava məkanı artıq ABŞ-nin tam nəzarəti altındadır
  • 17-06-2025, 19:38
    BQXK-nın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq
  • 17-06-2025, 19:30
    Azərbaycanla Avstriya arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub
  • 17-06-2025, 19:30
    Sahibə Qafarova Bolqarıstan Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
  • 17-06-2025, 19:05
    Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib
  • 17-06-2025, 19:00
    Azərbaycanla Şimali Makedoniya parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub
  • 17-06-2025, 18:23
    Naxçıvanda nöqsanlar aşkar edilmiş ictimai obyektlərin fəaliyyəti məhdudlaşdırılıb
  • 17-06-2025, 18:21
    Ayxan Hacızadə: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib
  • 17-06-2025, 18:20
    Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə