Çin nə Rusiyaya, nə də Ukraynaya silah vermir və ikitəyinatlı malların ixracına ciddi nəzarət edir.
"Gündəmtv.az" xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) müdafiə naziri Dun Szyun Sinqapurda keçirilən “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı deyib.
“Biz heç vaxt münaqişə tərəflərinin heç birinə silah verməmişik. Biz ikitəyinatlı malların ixracına ciddi nəzarət yaratmışıq və heç vaxt vəziyyəti qızışdıracaq heç bir iş görməmişik”, – o söyləyib.
Nazir əlavə edib ki, Çin Ukrayna məsələsində həmişə məsuliyyətli mövqe tutub və sülh danışıqlarının tərəfdarı olub.