Türkiyə Təhlükəsizlik Şurasında İrəvan və Bakı arasında sülh prosesi müzakirə olunacaq.
Gündəmtv.Az xəbər verir ki, bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının iclası keçiriləcək və iclasda çox ciddi məsələlər gözlənilir. Ciddi məsələlər müzakirə oluancağından medianın diqqəti iclasa yönəlib.
Təhlükəsizlik Şurasının iclasında Ukrayna, İrandakı vəziyyət, İsrail-Fələstin münaqişəsi, İraq və Suriyada terrorizmə qarşı mübarizə, eləcə də Yunanıstanla münasibətlərlə bağlı məsələləri nəzərdən keçirəcəklər.
İclasda əsas müzakirə olunacaq məsələlərdən biri də İrəvanla Bakı arasındakı sülh prosesi, mövcud duruma və bundan sonra sülhün əldə olunması üçün atılacaq addımlar dəyərləndiriləcək.
Bu cari ildə sayca Milli Təhlükəsizlik Şurasının üçüncü toplantısıdır.