• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Rusiya hərbi donanması Xəzərdə niyə aktivləşib? - ŞƏRH

Manşet

20-11-2024, 23:23


"Siyasi cəhətdən etiraz notası vermək məqsədə uyğun deyil. Ağıllı addımlar atmaqla zamanı, məqamı gözləməliyik".

Gündəmtv.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Rusiya hərbi donanmasının son zamanlar Xəzər akvatoriyasında aktivləşməsini şərh edərkən deyib.

İbrahim Rüstəmlinin sözlərinə görə, Rusiyanın əsrlərdir ki, siyasətində heç nə dəyişməyib və dəyişməyəcək:

"Rusiya zaman-zaman ətrafdakı əraziləri özünə ilhaq edib. Bu ölkənin də siyasətində müstəmləkə siyasəti əsas prioritetdir. Ona görə də Azərbaycan kimi ölkələr onunla maksimum şəkildə ehtiyatlı davranmalıdır"

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan bu istiqamətdə doğru siyasət yürüdür:

"Rusiya ilə münasibətlərdə balanslaşdırılmış siyasət prinsipi həyata keçirilir. Amma bu o demək deyil ki, Rusiya öz ətrafındakı ölkələrə münasibətdə mövqeyini dəyişəcək. Eyni vəziyyət Xəzər dənizi məsələsində də yaşanır. Xəzəryanı digər ölkələrin sözügedən məsələ ilə bağlı Moskvaya etiraz edəcəyi ağlabatan deyil. Rusiya özünü az qala Xəzərin tək sahibi kimi aparır. Hazırda Rusiya Ukraynaya görə, az qala bütün dünyaya qarşıdır".

Ekspertə görə, qəzəbli Rusiyaya qarşı indiki dövrdə Xəzərlə bağlı hər hansı bir jestin edilməsi mənasızdır:

"Bu onu daha da qəzəbləndirə bilər. Dünya yeni geosiyasi reallıqlarla üz-üzədir. Belə vəziyyətdə Xəzəryanı ölkələr maksimum dərəcədə ehtiyatlı davranmalıdır. Mövcud durumda Rusiyaya bu məsələ ilə bağlı nota vermək nə siyasi baxımdan, nə də digər səbəblərdən doğru olmaz. Bizim kimi ölkələr üçün gözləmə mövqeyi tutmaq, səbirli olmaq gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir".

İbrahim Rüstəmli düşünür ki, Moskva Xəzər donanmasını Qərbə qarşı mübarizə məqsədilə gücləndirir:

"Rusiyanın Xəzər donanmasını silahlandırması region üçün ciddi problemlər yaşada bilər. Müharibənin birbaşa Xəzər üzərinə etapı ölkəmiz üçün də təhlükədir".

Qeyd edək ki, artıq Xəzər dənizini də demək olar döyüş meydanına çevrilib. Rusiyanın Xəzərdəki hərbi qüvvələri buradan Ukraynaya zərbələr endirir. Halbuki Xəzərsahili ölkə liderlərinin 2018-ci il avqustun 12-də imzaladıqları Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndinə görə "Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli" nəzərdə tutulub.

Rusiya konvensiyanın bu bəndini artıq dəfələrlə pozub. Rusiya Hərbi Dəniz Donanmasının komandanı, admiral Aleksandr Moiseyev də bildirib ki, Xəzər Donanması yeni gəmilər və silah sistemləri ilə təchiz edilməyə davam edəcək, həmçinin Rusiyanın dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün aviasiya və sahil komponentlərini inkişaf etdirəcək.

Paylaş:
Digər xəbərlər

Manşet

30-10-2024, 22:25

Rusiya qalib gəldi - Zelenski

Manşet / Siyasət

18-10-2024, 21:51

Yalnız bu halda sülh müqaviləsi BAĞLANA BİLƏR

Manşet / Siyasət

7-06-2024, 09:42

Nüvə silahından istifadə RİSKİ ARTIR: Azərbaycan üçün təhlükə var?

Manşet / Siyasət

15-05-2024, 07:00

Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”

Siyasət

6-05-2024, 16:51

Britaniyadan sonra Fransa səfiri də Rusiya XİN-ə çağırılıb - YENİLƏNİB

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 15:15
    "Viva Desserts" mağazalarında malların göstərilən qiymətdən baha satıldığı məlum olub
  • Dünən, 15:02
    Minskdə Qərbi Azərbaycana qayıdışın əsaslarına dair ictimai müzakirə keçirilib
  • Dünən, 14:44
    "Bazarstore" qiymət fərqinə görə cəzalandırılıb
  • Dünən, 13:40
    Azərbaycanda Belarus tekstil məhsullarının təşviqi üzrə sazişlər imzalanıb
  • Dünən, 12:50
    Bakıda Almaniya viza mərkəzi açılıb
  • Dünən, 11:31
    Batumidə Azərbaycanın Milli Qurtuluş, Silahlı Qüvvələr günləri, “Konstitusiya və Suverenlik İli” qeyd edilib
  • Dünən, 11:22
    Baş Prokurorluq: Restoranlarda artan qida zəhərlənmələrinin qarşısının alınması üçün tədbirlər görülür
  • Dünən, 11:20
    Konstitusiya Məhkəməsi Ombudsmanın verdiyi sorğular əsasında 25 qərar və 7 qərardad qəbul edib
  • Dünən, 11:12
    QDİƏT PA-nın sədri: Üzv ölkələr Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini dəstəkləyirlər
  • Dünən, 11:11
    Şiri Şiriyev: Azərbaycan beynəlxalq nəqliyyat marşrutlarının inkişafında fəal iştirak edi
  • Dünən, 10:44
    Əli Əhmədov: Qərbi azərbaycanlılar Ermənistandan pozulmuş hüquqlarının bərpasını tələb edə bilərlər
  • Dünən, 08:50
    İsrail İrandakı istehsal obyektlərinə silsilə hücumlar həyata keçirib
  • Dünən, 08:46
    Xameneyi: Döyüş başlayır
  • Dünən, 07:00
    Kəngərli kəndinin 13 yaşlı sakini: Ağdamda qalıb həkim işləmək istəyirəm
  • Dünən, 06:40
    Kəngərli kəndinə qayıdan sakin: 32 il bu günü gözləmişik
  • Dünən, 06:20
    Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
  • Dünən, 06:00
    Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır
  • Dünən, 04:30
    SEPAH: İsrailin səmasına tam nəzarəti ələ keçirmişik
  • Dünən, 04:00
    BMT dünya ictimaiyyətini nüvə silahı ilə bağlı xəbərdarlıq edib
  • Dünən, 03:45
    Aşağı Qarabağlar, Aşağı Qaraqala, Aşağı Qaranlıq - türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası
  • Dünən, 03:04
    Günəşdə güclü alışma baş verib
  • Dünən, 00:30
    KİV: İranın cənub-qərbində İsrailin hərbi təyyarəsi vurulub
  • 17-06-2025, 21:00
    Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib
  • 17-06-2025, 20:45
    Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
  • 17-06-2025, 20:16
    Türkiyənin Baş Ombudsmanı "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalı ilə təltif edilib
  • 17-06-2025, 20:14
    Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür
  • 17-06-2025, 20:14
    Tramp: İran üzərindəki hava məkanı artıq ABŞ-nin tam nəzarəti altındadır
  • 17-06-2025, 19:38
    BQXK-nın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq
  • 17-06-2025, 19:30
    Azərbaycanla Avstriya arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub
  • 17-06-2025, 19:30
    Sahibə Qafarova Bolqarıstan Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
  • 17-06-2025, 19:05
    Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib
  • 17-06-2025, 19:00
    Azərbaycanla Şimali Makedoniya parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub
  • 17-06-2025, 18:23
    Naxçıvanda nöqsanlar aşkar edilmiş ictimai obyektlərin fəaliyyəti məhdudlaşdırılıb
  • 17-06-2025, 18:21
    Ayxan Hacızadə: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib
  • 17-06-2025, 18:20
    Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə