• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Yerindən oynatdığımız "daşlar" yenə də erməniləri əzəcək - AÇIQLAMA

Manşet

9-10-2024, 19:40


"Biz zaman-zaman mötəbər tədbirlər ərəfəsində anti-Azərbaycan qüvvələrin aktivləşərək Azərbaycana qarşı çirkin kampaniyalar həyata keçirdiyinin çox şahidi olmuşuq. Azərbaycanın noyabr ayında ümumbəşəri problemlərdən biri hesab edilən iqlim dəyişikliyinə qarşı mübarizə çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin 29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etdiyi bir zamanda təkrarlandığının şahidi olmaqdayıq. Azərbaycan tərəfinin COP29-a yüksək səviyyədə davam edən hazırlığı, bütövlükdə, bəşəriyyəti narahat edən iqlim dəyişmələri üzrə fundamental məsələlərin həllinə ciddi töhfə verəcəyini görən anti-Azərbaycan qüvvələr, erməni lobbisinin təsiri altında olan dairələr ölkəmizə qarşı çirkin və məkrli oyunlara əl atıblar. Təəssüflə qeyd etmək lazımdır ki, ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciəti də bu qəbildəndir. Bu yolla hansısa planlaırnı reallaşdırmaq istəyirlər".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, bu onu göstərir ki, Ermənistanın havadarları hələ də Azərbaycanın əldə etdiyi qələbəni həzm edə bilmirlər. "Cənab Prezident çıxışlarının birində belə bir ifadə işlədib: "Biz İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq". Bəli, fürsət yaranan kimi yerindən oynayan "daşlar" Azərbaycanın uğurlarına, qələblərinə kölgə salmaq üçün ölkəmizə qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, beynəlxalq hüquqa zidd əməllərə əl ataraq təzyiq kampaniyasını həyata keçirməyə cəhd edirlər. Amma unudurlar ki, artıq bu metodlardan istifadə etməklə Azərbaycana təzyiq edib hansısa məsələni diktə etmək yersiz və qeyri-mümkündür. Amerikalı konqresmenlərinin bu hərəkəti əslində ikitərəfli münasibətlərə ciddi xələl gətirir", - o qeyd edib.

Deputat əlavə edib ki, erməni lobbisinin təsiri altında olan amerikalı konqresmenlərin Azərbaycan qarşı bu cür həqiqətdən uzaq, iftira dolu əməlləri ilk deyil və biz zaman-zaman bunun şahidi olmuşuq: "Hələ ötən əsrin 80-ci illərinin sonunda erməni lobbisinin təsir dairəsində olan amerikalı konqresmenlər SSRİ rəhbərliyinə müraciət edərək Azərbaycana qarşı ciddi tədbirlər görməyə çağırmışdılar. ABŞ 90-cı illərin əvvəlində Ermənistanın torpaqlarımızda genişmiqyaslı işğalçılıq siyasəti həyata keçirən zaman Azərbaycana qarşı qadağalar nəzərdə tutuan "907-ci düzəliş" adlı sənəd qəbul edib. Ümumiyyətlə başda ABŞ olmaqla Qərb demokratiya, insan haqlarını əlində bayraq edib öz maraqlarının dünyanın müxtəlif bölgələrində zorla həyata keçirməyə cəhd etməkdədir.

Əgər Azərbaycan dövlətçiliyinin ən zəif dövrlərində belə ağır təzyiqlərə müqavimət göstərib milli maraqlarını sonadək müdafiə edə bilibsə, ölkəmizin indiki güclü və qüdrətli, dünya miqyasında böyük nüfuza malik olub qlobal proseslərdə ciddi aktor rolunda çıxış etdiyi bir zamanda bu cür təzyiqlərlə nəyisə etmək mümkünsüzdür. ABŞ-nin bu təhdid və təzyiq siyasəti də cənab Prezidentin yürütdüyü cəsarətli, uzaqgörən diplomatiyası nəticədə iflasa uğrayacaq.

Azərbaycan ABŞ-nin ölkəmizə qarşı beynəlxalq hüquqa zidd hərəkətlərinə qarşı adekvat addıma atmaq gücünə qadirdir və bunun mütləq hansısa formada cavabı olacaq. Digər tərəfdən isə ABŞ-nin başucalığı gətirməyən beynəlxalq hüququ ayaqlar altına atmasından uduzan tərəf dəstəklədikləri Ermənistan olacaq. Bu, bölgədə sülhə deyil gərginliyə xidmət edəcək ki, bunun də bədəlini Ermənistan və erməni xalqı ödəməli olacaq.

Azərbaycan cəmiyyəti olaraq biz cənab Prezidentin bəyan etdiyi kimi, əldə etdiyimiz qələbələrlə tərpətdiyimiz daşların bizə qarşı olan hərəkətlərinə hazır və səfərbər olmalıyıq. Oynayan "daşların" vurduğu zərbə yenə də erməniləri əzsin və buna da şübhə olmasın. Əminəm və inanıram ki, bu belə də olacaq. Ona görə də biz cəmiyyət olaraq cənab Prezident ətrafında birliyimizi, həmrəyliyimizi qoruyub saxlamalı, yeni-yeni uğurlarımıza imza atmalıyıq və cənab İlham Əliyevin liderliyi altında mütləq qələbələrə imza atacağıq".

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

7-10-2024, 16:30

Onlar vəziyyəti Ermənistanın xeyrinə dəyişə bilməyəcəklər - AÇIQLAMA

Manşet / Siyasət

7-10-2024, 12:10

Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib

Manşet / Siyasət

29-09-2024, 18:40

Ceyhun Bayramovun BMT-nin Baş ilə görüşüb, postmünaqişə dövründə vəziyyət müzakirə olunub

Manşet / Siyasət

16-09-2024, 16:50

Azərbaycan düşmənlərini pərişan etməyi gözəl bacarır və edəcək də... - AÇIQLAMA

Manşet / Siyasət

10-09-2024, 15:56

COP29 çərçivəsində keçiriləcək bir sıra yan tədbirlər məlum olub

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 11:53
    İran XİN: İsrail zərbələr endirdiyi müddətdə danışıqlar aparmayacağıq
  • Bu gün, 11:35
    İran Qətəri ABŞ bazalarına zərbələr endirə biləcəyi barədə xəbərdar edib
  • Bu gün, 11:20
    Səfir: Qvineya Azərbaycanın inkişaf modeli, xüsusən də enerji idarəçiliyi sahəsində təcrübəsini öyrənmək istəyir
  • Bu gün, 11:00
    Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
  • Bu gün, 10:50
    Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
  • Bu gün, 10:30
    Orta Dəhliz çərçivəsində Tszinxuadan ilk yük qatarı Türkmənistan vasitəsilə Bakıya yola düşüb
  • Bu gün, 10:10
    DİN-in Hərbi İnstitutunda buraxılış olub
  • Bu gün, 10:10
    İranın Müdafiə Nazirliyinə məxsus agentliyin qərargahı vurulub
  • Bu gün, 09:50
    Bakıda tanınmış şirniyyat mağazasının fəaliyyəti dayandırılıb -VİDEO
  • Bu gün, 09:10
    Azərbaycanda akkreditə olunmuş diplomatlar Laçında səfərdədir
  • Bu gün, 08:42
    Meksikanın “Canal 6 TV” kanalında Azərbaycanın uğurları və dünyada artan nüfuzundan danışılıb
  • Bu gün, 08:00
    Qrossi: İran nüvə bombası hazırlamırdı
  • Bu gün, 07:40
    Azərbaycan səfirliyinin birinci katibi perulu merlə görüşüb
  • Bu gün, 07:10
    Avstraliya Tehrandakı səfirliyinin fəaliyyətini dayandırır və konsulluq xidmətini Azərbaycana göndərir
  • Bu gün, 06:50
    “İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək” – Qərbi Azərbaycan Xronikası -VİDEO
  • Bu gün, 06:00
    "Haber Global": İlham Əliyev və Ərdoğandan Kahramanmaraşa simvolik ziyarət – dondurma jesti ilə tamamlanan səfər -VİDEO
  • Bu gün, 02:30
    BMT TŞ-də İran və İsrail arasındakı münaqişə ilə bağlı təcili iclas keçiriləcək
  • Dünən, 16:11
    Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub
  • Dünən, 16:02
    Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzi təsis ediləcək
  • Dünən, 15:55
    İsrail İranın raket qurğularının üçdə ikisini məhv edib
  • Dünən, 15:50
    Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
  • Dünən, 15:47
    Muxtar Babayev: COP29 sədrliyi Bakıda verilən vədlərin yerinə yetirilməsi istiqamətində işi davam etdirəcək
  • Dünən, 15:46
    "Haber Global": "Azərbaycan məhəlləsi"ndə həyat başlayır
  • Dünən, 15:40
    Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
  • Dünən, 14:50
    Əbu-Dabidən Qəbələyə ilk birbaşa aviareys açılıb
  • Dünən, 14:34
    BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib, onlara ailələri ilə əlaqə üçün şərait yaradılıb
  • Dünən, 14:00
    Macarıstan İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb
  • Dünən, 13:52
    Ermənistan ordusunun generalı Azərbaycan ərazilərində mina basdırılması ilə bağlı sualları cavablandırıb
  • Dünən, 12:52
    İlham Quliyev: "İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
  • Dünən, 12:51
    Zəngilan və Qubadlıda aqrar inkişaf üçün mühüm su infrastruktur layihəsi başa çatdırılıb
  • Dünən, 12:46
    Xocalıya köçürülən 350-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edilib
  • Dünən, 12:22
    QDİƏT PA-nın 65-ci Baş Assambleyasının iştirakçıları Şuşada səfərdədir - YENİLƏNİB
  • Dünən, 12:20
    "Qayalı" marketlər şəbəkəsinin rəhbəri Şükür Həmidovun oğlu ilə görüşdü - FOTO
  • Dünən, 12:12
    ABŞ İsraildəki vətəndaşlarının təxliyəsinə hazırlaşır
  • Dünən, 11:48
    Rektor: Bu gün UNEC-də müəllimlərin 7-8 min manat maaş alması realdır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə