• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib

Manşet / Siyasət

7-10-2024, 12:10


"Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib Ermənistan üzərində qələbə çaldıqdan sonra əsas fəaliyyəti Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin və sıx əməkdaşlıq formatının yaradılması olub. İrəvan Bakının sülh şərtləri ilə razılaşsa da, son 4 ildə aparılan sülh danışıqları hələ də nəticə vermir. Bunun səbəbkarı da birbaşa Ermənistan tərəfidir. Ermənistan havadarlarının tövsiyəsinə uyğun olaraq Cənubi Qafqazda sülhün təmin edilməsinə deyil, gərginliyin davam etdirilməsi istiqamətində pozucu fəaliyyətini davam etdirməkdədir. Qərbli havadarları Ermənistana bölgədə sülhün pozulması istiqamətində hər vasitə ilə dəstək verirlər. Elə son günlərdə ABŞ konqresmenlərinin Ermənistana dəstək adı altında başlatdığı kampaniya Cənubi Qafqazda gərginliyin yaradılmasına xidmət edən pozucu fəaliyyəti bunun bariz nümunəsidir".

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Komitə sədri bildirib ki, başda ABŞ olmaqla bəzi Qərb ölkələri Ermənistanın işğalçılıq dövründə olduğu kimi, yenə də ermənilərə dəstək verib Azərbaycana təzyiq etməklə ikili və irqi ayrıseçkilik siyasətini davam etdirməkdədirlər. "Əslində, bu gün kollektiv Qərb öz əməli hərətkələri ilə bəyan etdikləri "beynəlxalq aləmdə beynəlxalq hüququn, ədalətin, sülhün, sabitliyin və təhlükəsizliyin təminatçısı" rolunda çıxış etmələri haqqında irəli sürdükləri şüarların ancaq və ancaq dünyanın müxtəlif bölgələrində maraqlarını təmin etmək üçün bir alətdir. Hansı ki, biz bunun 30 ildən artıq müddətdə Ermənistan-Azərbaycan münaqişəsində görməkdəyik. Məhz ABŞ münaqişənin ilk illərindən ermənilərin işğal siyasətinə dəstək məqsədilə Azərbaycana qarşı "907-ci düzəliş" adlı aktı qəbul ediblər və bu günədək həmin sənəd ləğv edilməyib. Kollektiv Qərb sözdə bölgədə sülhün təmin olunmasından ağız dolusu danışsa da, əməldə Ermənistana hərtərəfli maliyyə və hərbi cəhətdən güclənmək baxımdan yardım ediblər. Başda ABŞ olmaqla bəzi Qərb ölkələri bu gün də Ermənistana təmənnasız maliyyə ilə yanaşı, silahlandırılmasına da dəstək verirlər.

ABŞ-nin Cənubi Qafqazda gərginliyi davam etdirməyə xidmət edən məqsədlə Ermənistana etdiyi dəstəyə baxmayaraq Azərbaycan yenə də ümumbəşəri problemlərin həllinə töhfələrini daha fəal şəkildə həyata keçirmək istiqamətində addımlar atmaqdadır. Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin 29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etməsi də bunun bariz nümunəsidir.

Təəssüf ki, Azərbaycan tərəfinin COP29-a yüksək səviyyədə davam edən hazırlığı, bütövlükdə, bəşəriyyəti narahat edən iqlim dəyişmələri üzrə fundamental məsələlərin həllinə töhfə verməyə hazır olduğu bir məqamda bir sıra anti-Azərbaycan dairələr ölkəmizin COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. Elə ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildən olan addımlardandır. Bunu cənab Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşündə açıq şəkildə bəyan edib. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur. Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar. ABŞ-nin Azərbaycana qarşı bu cür irqi ayrı-seçkiliyi ehtiva edən dialoq ruhuna, beynəlxalq hüquqa ziddir olan bu cür böhtanla dolu hərəkətləri birbaşa Cənubi Qafqazda sülhün pozulmasına xidmət edir", - o qeyd edib.

Komitə sədri əlavə edib ki, bu cür metodlarla Azərbaycana təzyiq etmək qeyri-mümkündür və əksinə, Cənubi Qafqazda iqtisadi, enerji, təhlükəsizlik sahəsində ciddi əməkdaşlıq etdiyi bir ölkəyə qarşı bu cür münasibət sərgiləməklə öz nüfuzuna ciddi zərbə vurmuş olacaq: "Azərbaycan bu cür təzyiqlərə adekvat cavab verməyə qadir ölkədir və bu addımların da adekvatı cavabı olacaq. Hesab edirəm ki, Azərbaycan tərəfinin qarşılıqlılıq prinsipini və ikitərəfli münasibətləri məntiqi müstəviyə qaytarmaq məqsədini əsas götürərək, ABŞ tərəfinin sözügedən addımlarına cavab verməyin vaxtı çatıb. Təklif edirəm ki, Azərbaycan tərəfi ABŞ iləa münasibətlərinə yenidən baxıb buna uyğun addım atmalıdır".

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

16-09-2024, 17:38

Paşinyan: Bakı ilə diplomatik əlaqələr qurmaq istəyirik

Manşet / Siyasət

3-09-2024, 15:50

Danışıqlar İrəvansız keçirilə bilər və sonda sazişə imza atmaq zorunda qalar- AÇIQLAMA

Manşet

26-07-2024, 14:15

İrəvan-Bakı sülhünün vaxtı yetişib - Səfirlik

Manşet / Siyasət

23-05-2024, 12:55

Onlara imkan verməyəcəyik - Akardan Azərbaycan açıqlaması

Manşet / Siyasət

14-05-2024, 17:30

Prezidentin verdiyi mesajlar: Vaxtı çatıb, bunlar ləğv olunmalıdır

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 22:53
    Abbas Əraqçi: İsrailin hücumları davam etdikcə İran danışıqlar aparmayacaq
  • Dünən, 22:34
    İranda güclü zəlzələ baş verib
  • Dünən, 11:53
    İran XİN: İsrail zərbələr endirdiyi müddətdə danışıqlar aparmayacağıq
  • Dünən, 11:35
    İran Qətəri ABŞ bazalarına zərbələr endirə biləcəyi barədə xəbərdar edib
  • Dünən, 11:20
    Səfir: Qvineya Azərbaycanın inkişaf modeli, xüsusən də enerji idarəçiliyi sahəsində təcrübəsini öyrənmək istəyir
  • Dünən, 11:00
    Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
  • Dünən, 10:50
    Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
  • Dünən, 10:30
    Orta Dəhliz çərçivəsində Tszinxuadan ilk yük qatarı Türkmənistan vasitəsilə Bakıya yola düşüb
  • Dünən, 10:10
    DİN-in Hərbi İnstitutunda buraxılış olub
  • Dünən, 10:10
    İranın Müdafiə Nazirliyinə məxsus agentliyin qərargahı vurulub
  • Dünən, 09:50
    Bakıda tanınmış şirniyyat mağazasının fəaliyyəti dayandırılıb -VİDEO
  • Dünən, 09:10
    Azərbaycanda akkreditə olunmuş diplomatlar Laçında səfərdədir
  • Dünən, 08:42
    Meksikanın “Canal 6 TV” kanalında Azərbaycanın uğurları və dünyada artan nüfuzundan danışılıb
  • Dünən, 08:00
    Qrossi: İran nüvə bombası hazırlamırdı
  • Dünən, 07:40
    Azərbaycan səfirliyinin birinci katibi perulu merlə görüşüb
  • Dünən, 07:10
    Avstraliya Tehrandakı səfirliyinin fəaliyyətini dayandırır və konsulluq xidmətini Azərbaycana göndərir
  • Dünən, 06:50
    “İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək” – Qərbi Azərbaycan Xronikası -VİDEO
  • Dünən, 06:00
    "Haber Global": İlham Əliyev və Ərdoğandan Kahramanmaraşa simvolik ziyarət – dondurma jesti ilə tamamlanan səfər -VİDEO
  • Dünən, 02:30
    BMT TŞ-də İran və İsrail arasındakı münaqişə ilə bağlı təcili iclas keçiriləcək
  • 19-06-2025, 16:11
    Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub
  • 19-06-2025, 16:02
    Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzi təsis ediləcək
  • 19-06-2025, 15:55
    İsrail İranın raket qurğularının üçdə ikisini məhv edib
  • 19-06-2025, 15:50
    Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
  • 19-06-2025, 15:47
    Muxtar Babayev: COP29 sədrliyi Bakıda verilən vədlərin yerinə yetirilməsi istiqamətində işi davam etdirəcək
  • 19-06-2025, 15:46
    "Haber Global": "Azərbaycan məhəlləsi"ndə həyat başlayır
  • 19-06-2025, 15:40
    Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
  • 19-06-2025, 14:50
    Əbu-Dabidən Qəbələyə ilk birbaşa aviareys açılıb
  • 19-06-2025, 14:34
    BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib, onlara ailələri ilə əlaqə üçün şərait yaradılıb
  • 19-06-2025, 14:00
    Macarıstan İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb
  • 19-06-2025, 13:52
    Ermənistan ordusunun generalı Azərbaycan ərazilərində mina basdırılması ilə bağlı sualları cavablandırıb
  • 19-06-2025, 12:52
    İlham Quliyev: "İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
  • 19-06-2025, 12:51
    Zəngilan və Qubadlıda aqrar inkişaf üçün mühüm su infrastruktur layihəsi başa çatdırılıb
  • 19-06-2025, 12:46
    Xocalıya köçürülən 350-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edilib
  • 19-06-2025, 12:22
    QDİƏT PA-nın 65-ci Baş Assambleyasının iştirakçıları Şuşada səfərdədir - YENİLƏNİB
  • 19-06-2025, 12:20
    "Qayalı" marketlər şəbəkəsinin rəhbəri Şükür Həmidovun oğlu ilə görüşdü - FOTO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə