Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərinin nümayəndə heyəti Laçın Beynəlxalq Hava Limanına gəlib.
“Gündəmtv.az” xəbər verir ki, diplomatik korpus nümayəndələrini daşıyan təyyarə səhər saatlarında hava limanına eniş edib.
Nümayəndə heyətinə təxminən 100 diplomat daxildir.
Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Laçında aparılan bərpa işləri ilə əyani tanış olmaq, eləcə də Laçın rayonunda inşa edilmiş yeni beynəlxalq hava limanına baxış keçiriblər.
Qonaqlar həmçinin şəhərdə bir sıra məkanlarda olacaqlar. Onların Laçın İstirahət Kompleksi, "Hoçazfilm" studiyası, "Yurd" qalereyası, "Lacinema" mərkəzi, eyni zamanda, Həkəri sahili, Seyrəngah və "Gilabi Ceramics" mərkəz ilə tanışlığı nəzərdə tutulub.
Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.