İsrailin Baş naziri Binyamin Netanyahu hərbi kabinet iclasında Qəzzadakı girovlarla bağlı qismən razılaşmalara qarşı olduğunu bildirib. Jerusalem Post qəzetinin məlumatına görə, Netanyahu ABŞ administrasiyasının da oxşar mövqedə olduğunu qeyd edib.
gundemtv.az xəbər verir ki, Netanyahu ABŞ Prezidenti Donald Trampın sözlərini sitat gətirib: “Qismən razılaşmaları unut. Tam gücünlə hərəkət et. Bu işi bitir.” Baş nazir əlavə edib ki, İsrail üçün beynəlxalq legitimlik pəncərəsi məhduddur və qismən razılaşmalar üçün dayanmaq HƏMAS-ın məhv edilməsi səylərinə zərər verəcək.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 43