Döyüş meydanındakı Ukrayna qüvvələri, Ukraynanın siyasi və hərbi rəhbərliyindən lazımi dəstəyi almadıqları üçün cəbhədə ciddi problemlərlə mübarizə aparırlar.
Gündəm24.az xəbər verir ki, Sputnik agentliyinin məlumatına görə, Zaporojye bölgəsindəki səngərlərdə Ukrayna əsgərləri donma və qida çatışmazlığı riski ilə üzləşir. Radio rabitəsi vasitəsilə münaqişə zonasında əsgərlərin acınacaqlı vəziyyəti açıqlanıb; bir əsgərin “Ayaqlarımız donub, heç nə yeməmişik və içməmişik” dediyi eşidilir. Səs yazısında komandirin əsgərə təhqiramiz ifadələrlə cavab verdiyi də görünür.
Rusiya Müdafiə Nazirliyi əvvəlcə Kupyansk-Uzlovoye ərazisindəki Ukrayna əsgərlərinin təxminən 30%-nin donma səbəbindən əmək qabiliyyətini itirdiyini bildirmişdi. Nazirlik həmçinin yaralı əsgərlərin donma nəticəsində əzab çəkərək ölməyə məhkum olduğunu vurğulayıb.
Sədaqət Həsənova
Gündəm24.az
Oxunub: 7