Agentliyin məlumatına görə, Vaşinqton İranın qisas tədbirlərini gözləyir və bu, regional münaqişə riskini artıra bilər.
Gündəm24.az xəbər verir ki, Reuters agentliyi adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən bildirib ki, ABŞ İrana qarşı mümkün hərbi əməliyyat üçün planlarını tamamlayıb və əməliyyatın bir neçə həftə davam edə biləcəyi bildirilir. Planın mürəkkəbliyi ötən ilki hücumdan yüksəkdir – təkcə İranın nüvə infrastrukturu deyil, həm də hökumət və təhlükəsizlik qurumları hədəfdədir. Vaşinqton İranın qisas addımlarını gözləyir, bu isə regional münaqişə riskini artırır. Tramp İrana qarşı “böyük armada”nı yanvarda göndərdiyini açıqlayıb və növbəti hücumun daha sərt olacağını xəbərdarlıq edib. Eyni zamanda, diplomatiya davam edir: İran və ABŞ fevralın 6-da Omanda nüvə proqramı ilə bağlı danışıqlar keçirdilər və yüksək səviyyəli nümayəndə heyətləri iştirak etdi.
Sədaqət Həsənova
Gündəm24.az
Oxunub: 2