Həbsdə olan bloger Ata Abdullayev azadlığa çıxıb.
Gündəmtv.az xəbər verir ki, o, Xəzər Rayon Məhkəməsi tərəfindən cəzasının qalan hissəsindən azad edilib.
Xatırladaq ki, A.Abdullayev 2021-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə təqsirli bilinmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abdullayev 7 il azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, məlumatı ilk olaraq Bakues.az saytı yayıb.
Oxunub: 1