• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsinin PƏRDƏARXASI: Strateji addım, yoxsa...

Manşet

21-08-2025, 16:03


ABŞ prezidenti Donald Trampın son açıqlamaları beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tramp amerikalı jurnalist Mark Levinə müsahibəsində bildirib ki, əgər ABŞ ordusu İranın nüvə obyektlərinə zərbə endirməsəydi, Tehran cəmi dörd həftə ərzində nüvə silahı istehsal edə bilərdi. Onun bu fikirləri həm strateji mülahizə, həm də siyasi ritorika kimi qiymətləndirilir. Bəs əgər İran nüvə silahına sahib olsaydı, region hansı ssenarilərlə üz-üzə qala bilərdi? ABŞ və İsrailin mümkün birgə əməliyyatı digər gücləri – Rusiya, Çin və Türkiyəni necə hərəkətə gətirə bilərdi?

Bu suallara Gündəm24.az-a şərhində politoloq Turan Rzayev aydınlıq gətirib.


Rzayevin sözlərinə görə, İran doğrudan da nüvə silahı əldə etməyə çox yaxın idi: “Tehran uranı 80%-ə qədər zənginləşdirmişdi, müxtəlif raket sistemlərinə sahib idi, lazımi texnologiyanı isə Şimali Koreya və Rusiyadan əldə etmək imkanına malik idi. Amma əsas məsələ budur ki, İran nüvə silahı əldə etsəydi, bundan necə istifadə edəcəkdi? Mən düşünmürəm ki, Tehran birbaşa hansısa ölkəyə qarşı nüvə silahı işlətsin. Çünki müasir dövrdə nüvə silahına sahib dövlətlər faktiki savaşlarda ondan istifadə etməyiblər. Lakin İranın radikal qrupları maliyyələşdirməsi və silahlandırması faktı bu texnologiyaların bir gün həmin qrupların əlinə keçməsi təhlükəsini yaradırdı. Məhz bu səbəb ABŞ-ı narahat edirdi. Ona görə də Vaşinqton İsrailin dəstəyi ilə İranın nüvə planlarının qarşısını almağa çalışdı. Doğrudur, obyektlərin tam məhv edildiyini demək olmaz – onlar yerin dərinliklərində yerləşir. Amma hücumlar və alimlərin sıradan çıxarılması prosesi real nəticə verdi. Bu baxımdan Trampın sözlərində həqiqət payı var”.

Politoloq hesab edir ki, Türkiyə bu məsələdə ABŞ-dan fərqli siyasət yürütməyəcək: “Ankaranın İsraillə münasibətləri gərgin ola bilər, amma Türkiyə ABŞ-ın müttəfiqidir və NATO-nun Yaxın Şərqdəki əsas dayağıdır. İncirlik hərbi bazasında ABŞ-ın nüvə başlıqlarının olması bu əməkdaşlığın açıq göstəricisidir. Ona görə də Türkiyənin Vaşinqtondan tamamilə fərqli xətt tutması real görünmür”.

Rzayevə görə, Çin hər zaman olduğu kimi daha təmkinli davranacaq: “Pekin emosional mövqe sərgiləmir, Rusiya kimi sərt ritorikadan istifadə etmir. Çin daha çox investisiya yatırımı və borc mexanizmləri ilə təsir imkanlarını genişləndirir. Onun iqtisadi gücü güclü olsa da, siyasi nüfuzu ABŞ-la müqayisədə zəifdir. Bu səbəbdən də Pekinin mövqeyi ənənəvi olaraq neytral qalacaq”.

Rusiya məsələsinə toxunan Rzayev isə hesab edir ki, belə gərginliklər Moskvanın maraqlarına xidmət edir: “İranla qarşıdurmalar Rusiyanın xeyrinədir. Bir tərəfdən Moskva Tehrana silah satır, digər tərəfdən beynəlxalq diqqət Ukrayna müharibəsindən yayınır. Belə olduqda Kreml həm cəbhədə daha rahat hərəkət edir, həm də keçmiş postsovet məkanında mövqelərini möhkəmləndirmək üçün yeni imkanlar qazanır. Rusiya rəsmi olaraq açıq dəstək verməsə də, qeyri-rəsmi şəkildə İranın yanında dayanmaq ehtimalı böyükdür”.

Beləliklə, Trampın açıqlamaları sadəcə daxili auditoriyaya hesablanmış ritorika deyil, müəyyən strateji reallıqlara da söykənir. İranın nüvə silahına sahib olması təkcə region üçün deyil, bütün dünya üçün təhlükəli ssenarilər doğura bilərdi. ABŞ və İsrailin atdığı addımlar isə həm regional balansı qorumağa, həm də radikal qrupların əlində nüvə texnologiyasının görünməsinin qarşısını almağa yönəlib.

Səmra İsmayıl,
Gündəm24.az

Oxunub: 394
Paylaş:
Digər xəbərlər

Manşet / Kriminal

18-08-2025, 17:40

35 minlik qızıl hanı? - “Bu epizod müğənninin xeyrinə ola bilər” Kriminal

Manşet

18-08-2025, 09:20

Vaşinqton görüşü Ukraynanın taleyini həll edə bilər YENİ SENSASİON DETALLAR

Manşet

16-08-2025, 14:40

"Vaşinqton Bəyannaməsi ratifikasiya olunmalıdır" — Qüdrət Həsənquliyev

Manşet / Siyasət

16-08-2025, 08:45

“Rusiya Güney Qafqaza girəcək...” - SENSASİON İDDİA

Manşet

15-08-2025, 19:30

Türkiyə Kəşfiyyatından ŞOK: Bu iki dövlət Ankaranın düşmənləri ELAN EDİLDİ

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
  • 12-02-2026, 11:00
    Eldar Əzizov yola salınır: yerinə o gətiriləcək
  • 12-02-2026, 07:00
    Bu bank kartları ilə bağlı xəbərdarlıq: qəfil bloklana bilər – Səbəb
  • 12-02-2026, 00:30
    “Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
  • 11-02-2026, 11:00
    İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanladı
  • 11-02-2026, 10:30
    Bu gündən yağıntılar kəsiləcək, temperatur yüksələcək
  • 10-02-2026, 22:30
    Pensiyanızın nə qədər artdığını bu cür hesablayın
  • 10-02-2026, 21:00
    Azərbaycan və ABŞ humanitar minatəmizlənmə sahəsində əməkdaşlığı artıracaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə