Yəməndə fəaliyyət göstərən husilərin “Ənsar Allah” hərəkatı avqustun 28-də paytaxt Sana şəhərinə endirilən İsrail hava zərbəsi nəticəsində onların qurduğu “hökmət”in 11 üzvünün həlak olduğunu təsdiqləyib. Bu barədə hərəkatın nəzarətində olan Saba informasiya agentliyi məlumat yayıb.
gundemtv.az xəbər verir ki, ölənlər arasında bir sıra “naziri” də olub. Onların siyahısı belədir:
“ədliyyə naziri” Mücahid Əhməd
“iqtisadiyyat naziri” Muin əl-Mahakri
“kənd təsərrüfatı naziri” Radvan ər-Rubai
“xarici işlər naziri” Camal Amir
“energetika naziri” Əli Həsən
“mədəniyyət naziri” Əli əl-Yafai
“əmək naziri” Samir Bacala
“informasiya naziri” Haşim Şərəfaddin
“idman naziri” Məhəmməd əl-Məulid
“hökmət”in kargüzarlıq rəhbəri Məhəmməd əl-Kabsi
“nazirlər şurasının katibi” Zahid əl-Amidi
Bundan əlavə, avqustun 30-da husilər “hökmət başçısı” Əhməd Galeb ər-Rahavinin də öldüyünü rəsmi təsdiqləyiblər. Onun yerinə birinci müavini Məhəmməd Miftah gətirilib.
Xatırladaq ki, İsrailin Sana şəhərinə hücumu husilərin lideri Əbdül Malik əl-Husinin televiziya müraciəti zamanı həyata keçirilib.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 23