Quba rayonunda 3.2 maqnitudalı zəlzələ olub.
Gündəmtv.az xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Xınalıq stansiyasından 12 km qərbdə qeydə alınıb.
Zəlzələ ocağı 43 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.