• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Nərimanovda dəhşətli cinayətin detalları: Satıcını iki manata görə öldürdü

Manşet / Cəmiyyət

14-07-2024, 17:15



Nərimanov rayonu ərazisində avtoyuma məntəqəsinin işçisi marketdə satıcı işləyən şəxsi 2 manata görə qətlə yetirib.

Hadisə Rövşən Əliyev küçəsi, 4 ünvanında yerləşən marketin qarşısında baş verib.

Belə ki, 2023-cü il avqustun 22-də Nərimanov Rayon Prokurorluğuna Samir Məhərrəmovun qətlə yetirilməsi barədə məlumat daxil olub.

İstintaqla müəyyən edilib ki, Fariz Şahniyarov Rövşən Əliyev küçəsi, 4 ünvanında yerləşən marketdən aldığı spirtli içkiləri elə mağazanın qarşısında içib. Satıcı Samir Məhərrəmov borclu qaldığı 2 manatı nə vaxt verəcəyini soruşanda ona pulu günorta çatdıracağını deyib və işlədiyi avtoyuma məntəqəsinə gedib.

Üzərində olan mobil telefonu itirdiyini düşünən Fariz Şahniyarov bir neçə dəqiqədən sonra yenidən marketə qayıdıb. Telefonunu görüb-görmədiyini soruşduqda satıcı ona borcunu ödədikdən sonra telefonu verəcəyini bildirib.

Bu sözündən əsəbiləşən Fariz Şahniyarov cibindən bıçağı çıxarıb və onunla üzbəüz dayanan satıcı Samir Məhərrəmova zərbə endirib. Sonra oradan uzaqlaşaraq məhləyə gedib və paltarlarını götürüb. Bıçağı birmərtəbəli obyektin damına atıb. Avtobusla avtovağzala, oradan isə Ağstafa rayonuna yollanıb.

Rayona çatdıqdan bir neçə saat sonra evdə polis əməkdaşları tərəfindən saxlanılıb və şöbədə Bakıda adam bıçaqladığını etiraf edib.

Hadisə şahidi Ülfət Məmmədov bildirib ki, rayondan Bakıya gedərək dostu ilə taksi fəaliyyəti ilə məşğul olub. Kirayə ev axtarsalar da, tapa bilməyiblər. Avqustun 22-də metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən marketin qarşısında maşını saxlayaraq yatıblar. Saat 06:00 radələrində mağazanın satıcısı Samir Məhərrəmov avtomobilin şüşəsini döyərək bıçaqlandığını və onu xəstəxanaya aparmasını xahiş edib.

Samir maşına oturan kimi qısa müddət ərzində salon qanla dolub. Yaralanan şəxsi bir neçə özəl klinikaya aparsa da, onu qəbul etməyiblər. 5 saylı xəstəxanaya çatanda həkimlər Samirin öldüyünü bildiriblər.

Məhkəmə hesab edib ki, Fariz Şahniyarovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Fariz Şahniyarov 17 il müddətinə azadlıqdan məhrum olunub.

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

4-07-2024, 18:30

Bakıda içi dolu evin sökülməsinə görə cinayət işi açıldı

Manşet / Kriminal

27-06-2024, 14:00

Qız üstündə qətlə yetirilən Tural kimdir? – Qəribə tale

Manşet / Cəmiyyət

24-06-2024, 11:20

3 polisi və qonşusunu gülləyən Rövşən Allahverdiyev barədə BƏZİ DETALLAR

Manşet / Kriminal

13-06-2024, 14:30

İlin ən dəhşətli cinayəti: Əhmədin ifadəsində sensasion faktlar

Manşet / Siyasət

27-05-2024, 14:25

Təmirli binadan qopan beton parçalarına görə şirkətə xəbərdarlıq edildi - RƏSMİ

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 16:11
    Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub
  • Dünən, 16:02
    Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzi təsis ediləcək
  • Dünən, 15:55
    İsrail İranın raket qurğularının üçdə ikisini məhv edib
  • Dünən, 15:50
    Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
  • Dünən, 15:47
    Muxtar Babayev: COP29 sədrliyi Bakıda verilən vədlərin yerinə yetirilməsi istiqamətində işi davam etdirəcək
  • Dünən, 15:46
    "Haber Global": "Azərbaycan məhəlləsi"ndə həyat başlayır
  • Dünən, 15:40
    Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
  • Dünən, 14:50
    Əbu-Dabidən Qəbələyə ilk birbaşa aviareys açılıb
  • Dünən, 14:34
    BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib, onlara ailələri ilə əlaqə üçün şərait yaradılıb
  • Dünən, 14:00
    Macarıstan İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb
  • Dünən, 13:52
    Ermənistan ordusunun generalı Azərbaycan ərazilərində mina basdırılması ilə bağlı sualları cavablandırıb
  • Dünən, 12:52
    İlham Quliyev: "İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
  • Dünən, 12:51
    Zəngilan və Qubadlıda aqrar inkişaf üçün mühüm su infrastruktur layihəsi başa çatdırılıb
  • Dünən, 12:46
    Xocalıya köçürülən 350-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edilib
  • Dünən, 12:22
    QDİƏT PA-nın 65-ci Baş Assambleyasının iştirakçıları Şuşada səfərdədir - YENİLƏNİB
  • Dünən, 12:20
    "Qayalı" marketlər şəbəkəsinin rəhbəri Şükür Həmidovun oğlu ilə görüşdü - FOTO
  • Dünən, 12:12
    ABŞ İsraildəki vətəndaşlarının təxliyəsinə hazırlaşır
  • Dünən, 11:48
    Rektor: Bu gün UNEC-də müəllimlərin 7-8 min manat maaş alması realdır
  • Dünən, 11:47
    QDİƏT PA 65-ci Baş Assambleyasının iştirakçılarının Qarabağa səfəri başlayıb
  • Dünən, 11:46
    Sumqayıtda tekstil fabrikində yanğın başlayıb
  • Dünən, 11:40
    İran İsrail tərəfindən nüvə obyektlərinə hücum barədə AEBA-nı məlumatlandırıb
  • Dünən, 11:34
    Cio Kristofoli BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin edilib
  • Dünən, 11:14
    Səfir: Azərbaycan Meksika şirkətləri üçün regionda haba çevrilə bilər
  • Dünən, 11:10
    Ərdoğan: Kahramanmaraşdakı "Azərbaycan məhəlləsi"ndə 49 min 56 iş və yaşayış yeri inşa olunub
  • Dünən, 11:08
    Bakıda TDT Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb - YENİLƏNİB
  • Dünən, 10:51
    Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib
  • Dünən, 10:42
    Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib
  • Dünən, 10:20
    Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb
  • Dünən, 10:05
    İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirib
  • Dünən, 10:00
    Azərbaycan Moldova ilə vergi sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Dünən, 09:40
    Azərbaycan və Belarus HHQ komandanları əməkdaşlıq istiqamətlərini müzakirə ediblər
  • Dünən, 09:30
    Azərbaycan və Özbəkistan vergi sahəsində əməkdaşlığı genişləndirəcək
  • Dünən, 09:30
    Strategiya və dövlət proqramı layihələri üzrə dövlət qurumlarının fəaliyyətini əlaqələndirəcək komissiya yaradılıb
  • Dünən, 03:20
    Putin: Rusiya ilə Azərbaycan arasında logistika sahəsində əməkdaşlıq inkişaf edir
  • Dünən, 02:00
    Yaşar Gülər: Azərbaycanın gücü bizim gücümüzdür
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə