Turxan Əhmədov “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Kommunikasiya departamentinin müdiri vəzifəsinə təyin olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq ADY-dən məlumat verilib.
O, Türkiyənin Gebze Texniki Universitetində "Biznes administrasiyası" (MBA) ixtisası üzrə magistr təhsili alıb. ABŞ-nin nüfuzlu Dyuk Universitetinin (Duke University) Fukua Biznes Məktəbində strateji rəhbərlik proqramını, Con Hopkins Universitetinin məlumat (data) elmi üzrə kursu uğurla tamamlayıb. Azərbaycan Dövlət İqtisad Universitetində MBA, İqtisadi və Strateji Marketinq üzrə təhsil alıb.
T. Əhmədov kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O bu müddət ərzində müxtəlif nüfuzlu yerli və beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. Həmçinin BP şirkətində Azərbaycan və Türkiyə üzrə kommunikasiya rəhbəri vəzifəsində fəaliyyət göstərib.
Yeni təyinatadək “Nobel Energy” şirkətində İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə rəhbərlik edib.