Bu gün Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında təmir, yenidənqurma işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK 4” yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar saat 11:00-dan saat 14:00-dək Binəqədi kəndində, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində aparılan təmir işləri ilə əlaqədar saat 10:00-dan saat 14:00-dək Elşən Mehdiyev, İvan Anaşkin, İnqilab, Lətif Sultanov və Bəşir Bünyadov küçələrində, Suraxanı RETSİ-nə daxil olan transformator məntəqəsində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan saat 15:00-dək Qaraçuxur qəsəbəsinin Vağzal və Kərəm İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.