"Haber Global": "Vardanyana bəraət kampaniyasında Azərbaycan hədəfə alınıb"
Manşet / Siyasət
8-10-2024, 23:00
Silah və narkotik alveri ilə milyarderə çevrilmiş, vaxtilə Qarabağda qondarma rejimin "dövlət naziri" olmuş Ruben Vardanyan üçün beynəlxalq mediada bəraət kampaniyasına start verilib.
"Gündəmtv.az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, ABŞ-nin kommunikasiya nəhəngi "Edelman PR" və "Unilever"in keçmiş baş direktoru Pol Polmanın təşəbbüsü ilə aparılan kampaniyada Azərbaycan dövləti hədəfə alınıb.
Bildirilir ki, ABŞ şirkəti Ukraynada və Azərbaycanda separatizmi dəstəkləyən və özünün "Troyka Dialoq" şirkəti vasitəsilə çirkli pulları yuyan oliqarxı beynəlxalq mediada yayılan xəbərlərdə "yaxşı insan" kimi göstərməyə çalışır. "Edelman PR" ilə yanaşı, Pol Polman da separatçı Vardanyan haqqında müsbət ictimai rəy yaratmağa çalışır. Digər tərəfdən "Unilever"in keçmiş rəhbəri Vardanyanla ticari əməkdaşlığını gizlətməyə çalışır. O, milyarderlə hansı işbirliyinin olması ilə bağlı suallara cavab verməkdən yayınır.