Gəncədə 18 yaşlı qadın bıçaqlanıb.
Gündəmtv.az-ın məlumatına görə, hadisə mübahisə zəminində baş verib.
Nəticədə A.Əmiraslanova xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni törətməkdə qadının həyat yoldaşı şübhəli bilinir.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.
O, A.Əmiraslanovanın keçmiş həyat yoldaşıdır.