İranda keçirilən növbədəkənar prezident seçkilərinin nəticələri açıqlanıb.
Gündəmtv.Az İRNA-ya istinadən xəbər verir ki, islahatçıların namizədi, sabiq səhiyyə naziri, milliyətcə azərbaycanlı olan Məsud Pezeşkian qalib gələrək İranın 14-cü prezidenti olub.
Bu barədə İranın seçki qərargahının sözçüsü Möhsün Eslami məlumat verib.
Onun sözlərinə görə, Pezeşkian seçkidə iştirak edən 30 milyon 530 min 157 seçicidən 16 milyon 384 min 403 qazanaraq qalib olub.
Səid Cəlili isə 13 milyon 538 min 179 nəfər seçilməklə ikinci yeri tutub.