“Google Street View” proqramından götürülmüş görüntü İspaniyada baş vermiş qətl hadisəsinin açılması üçün kritik ipucu verib.
Gündəmtv.az Publika.az-a istinadən xəbər verir ki, polisin açıqlamasına görə, proqram bir adamın avtomobilinin baqajına böyük ağ torba yerləşdirdiyi anı lentə alıb.
Həmin görüntülərin qurbanın cəsədinin yerindən daşındığı an olduğu iddia edilir.
Hadisə ilə bağlı ötən ay iki nəfər saxlanılıb. Şübhəlilər ötən ilin oktyabrında yoxa çıxan və qəbiristanlıqda parçalanmış halda tapılan şəxsin ölümünə görə məsuliyyət daşımaqda ittiham olunurlar.
Lakin polis bu görüntülərin cinayətin üstünün açılmasında həlledici olmadığını vurğulayıb.
Şübhəlilər həbs olunublar, cinayət işi üzrə istintaq davam edir.