İranda keçirilən rəy sorğusunda iyunun 28-də keçiriləcək prezident seçkilərində mübarizə aparan namizədlərdən islahatçı, milliyətcə azərbaycanlı olan Məsud Pezeşkian birinci olub.
Gündəmtv.Az xəbər verir ki, İran Tələbələrin Sorğu Agentliyi (ISPA) 22-23 iyun tarixlərində keçiriləcək prezident seçkiləri ilə bağlı ölkə daxilində keçirdiyi sorğunun nəticələrini paylaşıb.
Keçirilən rəy sorğusunda iyunun 28-də keçiriləcək prezident seçkilərində mübarizə aparan namizədlər arasında islahatçı Məsud Pezeşkian 24,4 faizlə birinci, reytinqi getdikcə azalan mühafizəkar Səid Cəlili 24 faizlə ikinci, mühafizəkar namizəd Məhəmməd Bakır Kalibafın isə 14,7 faizlə üçüncü yerdə olub.
Digər namizədlər arasında Əmir Hüseyn Qadızadə Haşimi 2 faiz, Əli Rıza Zəkani 1,7 faiz, Mustafa Purmuhammedi isə 0,7 faiz səs toplayıb.
Seçkilərdə islahatçıların tək namizədi olan Məsud Pezeşkian keçirilən debatlarda İranda internetə və hicaba qoyulan qadağanı aradan qaldıracağını bəyan edib.
“Əgər prezident olsam, internetdə bir çox qadağa və məhdudiyyətləri aradan qaldıracağam. Qadınlara isə hicab bağlamağa məcbur edə bilmərik”, - Pezekian qeyd edib.