Vətən Müharibəsi Qəhrəmanı polkovnik Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanının müavini təyin edilib.
Gündəmtv.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə müvafiq Əmr imzalanıb.
Əmrə əsasən, 47 yaşlı T.Hüseynov komandan Kənan Seyidovun müavini postuna təyinat alıb.
Qeyd edək ki, Kənan Seyidovun birinci müavini - Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib. Onun yerinə hələ ki təyinat yoxdur.
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR: Elektron müraciə