• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

140 milyondan artıq pulu Azərbaycana qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edildi

Manşet / Kriminal

1-11-2024, 11:45


Kənd təsərrüfatı məhsulu və tikinti materiallarının ixracından əldə olunan 140 milyon manatdan artıq vəsaiti ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib.

Gündəmtv.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir:

"Xəbər verildiyi kimi xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə başlanmış cinayət işi üzrə "Foresta”, "Gold Plant”, "Alyans Aqro” və "Shemkir Fruit” MMC tərəfindən ümumilikdə 31 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 52 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Qurbanov Rüstəm Bayram oğlu və Rüstəmov Elçin Ənvər oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və Rüstəm Qurbanovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı, Elçin Rüstəmovun barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə "Critical Fruit” MMC, "Local Garden” MMC tərəfindən ümumilikdə 33.5 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 57 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Xalıqov Fuad Elşad oğlu, Abbaszadə Elnur Hidayət oğlu, Əsgərov Kahin Muxtar oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib, Elnur Abbaszadə və Fuad Xalıqov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib, Kahin Əsgərov isə cinayət təqibini həyata keçirən orqandan gizləndiyi üçün barəsində axtarış elan edilib.

Bundan başqa, Bakı şəhəri Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə "Paradise Fruits” MMC tərəfindən ümumilikdə 14 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 23 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Hüseynov İlkin Elmik oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bundan başqa, Bakı şəhəri Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə vətəndaş Qəbilov Saleh Rza oğlunun ümumilikdə 22 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 38 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bakı şəhəri Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə "Aqroinnova” MMC tərəfindən ümumilikdə 1,6 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 2,7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Cəbrayılov Mehman Caylı oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur".

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

30-10-2024, 12:00

Azərbaycanda vəzifəli şəxslər həbs edildi - RƏSMİ

Manşet / Cəmiyyət

21-10-2024, 18:50

Ramiz Mehdiyev cinayət işindən danışdı

Manşet / Cəmiyyət

21-10-2024, 18:22

326 milyonluq qaçaqmalçılıq edən dəstənin məhkəmə prosesi keçirilir

Manşet / Cəmiyyət

7-10-2024, 15:35

Bu vəzifəli şəxslərə 65 min manat ödətdirildi - RƏSMİ

Manşet / Cəmiyyət

20-09-2024, 15:30

Milyonlarla dövriyyəsi olan qanunsuz şəbəkə ifşa olundu - Həbs edilənlər var

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 22:50
    “Haber Global”da Yekaterinburqdakı azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlayıb
  • Dünən, 22:35
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir
  • Dünən, 22:30
    Ərdoğan: Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm
  • Dünən, 21:10
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib
  • Dünən, 20:53
    Paşinyan Kallasla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
  • Dünən, 20:00
    Hərbi prokuror bayram günləri sərhədlərdə olub
  • Dünən, 19:57
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək
  • Dünən, 19:34
    Yekaterinburqda saxlanılan azərbaycanlılardan birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
  • Dünən, 18:33
    Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb
  • Dünən, 12:00
    Böyük Qayıdışa dair Dövlət Proqramının monitorinqinə dair metodlar beynəlxalq mükafata layiq görülüb
  • Dünən, 11:54
    “İƏT Həftəsi” çərçivəsində ilk dəfə Laçında Qadınlar Forumu keçiriləcək
  • Dünən, 11:33
    Azərbaycan XİN-də yeni idarə yaradılıb
  • Dünən, 11:30
    Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb
  • Dünən, 10:30
    “ASAN xidmət” modeli Ruandada da tətbiq ediləcək, anlaşma memorandumu imzalanıb
  • Dünən, 10:10
    Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək
  • Dünən, 09:20
    Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır - BƏYANAT
  • Dünən, 08:42
    Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkalarında 60 vakansiya təqdim olunub
  • Dünən, 07:34
    Keçmiş məcburi köçkün: Bu günə görə Prezidentimizə minnətdarıq
  • Dünən, 07:00
    Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
  • Dünən, 06:50
    Kəngərli sakini: Kənddə bizim üçün çox gözəl evlər tikilib
  • Dünən, 06:50
    Kəngərli sakini: Kənddə bizim üçün çox gözəl evlər tikilib
  • Dünən, 01:10
    “Haber Global”: Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır
  • 28-06-2025, 19:37
    Azərbaycan və FAO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
  • 28-06-2025, 19:23
    Azərbaycan XİN Pakistana başsağlığı verib
  • 28-06-2025, 19:10
    Rusiya XİN Uralda azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
  • 28-06-2025, 14:20
    Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib
  • 27-06-2025, 21:54
    QDİƏT üzvləri uğurlu sədrliyə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər
  • 27-06-2025, 20:40
    XİN: İranın ermənipərəst səfiri ilə bağlı lazımi addımlar atmasını gözləyirik
  • 27-06-2025, 20:20
    XİN: İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik
  • 27-06-2025, 19:31
    Çıxarışı olmayan mənzillərlə bağlı vacib xəbər -VİDEO
  • 27-06-2025, 19:30
    Partlayışda tikili dağılıb, kinostudiyanın inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
  • 27-06-2025, 19:03
    Bölgələrdə taksilər niyə bahalaşdı?
  • 27-06-2025, 19:01
    Kinostudiyanın ərazisindəki partlayış sakinlərin başına oyun açdı -VİDEO
  • 27-06-2025, 17:20
    Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
  • 27-06-2025, 16:49
    "Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə