Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 97 yaşında vəfat edib.
Gündəmtv.az xəbər verir ki, bu barədə "Report"a rəssamın ailəsindən məlumat verilib.
Bildirilib ki, vida mərasimi bu gün 14:00-da Təzə Pir məscidində keçiriləcək.
Vida mərasimindən sonra mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.