• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Putin Əliyevin dostu ilə danışmağa gedir – Supergüclərin Zəngəzur savaşı

Manşet

25-08-2025, 16:19


Rusiya Prezidenti Vladimir Putin gələn həftə Çinə dördgünlük səfər edəcək. Çində iki ölkənin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqlar planlaşdırılır. Bundan əlavə, Putin Şanxay Əməkdaşlıq Təşkilatının Tyantszin şəhərində keçiriləcək sammitində iştirak etmək niyyətindədir.

ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Putinin Çinə səfəri maraq doğurub. Tramp hakimiyyətə gəldikdən sonra Rusiya–ABŞ münasibətlərində yaxınlaşma, yumşalma belə şərh olunurdu ki, Vaşinqton Putini Çinin nəzarətindən qoparmağa çalışır. Alyaska görüşündən sonra oxşar şərhlər davam etməyə başladı.

Putinin Çinə gözlənilən səfəri ABŞ-la yaxınlaşma ilə bağlı müttəfiqi Çini məlumatlandırmaq xarakteri daşıya bilərmi?


gundemtv.az bildirir ki, Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Putinin Çinə dördgünlük səfəri Moskva ilə Pekin arasındakı strateji münasibətlərin davamlılığı baxımından əhəmiyyətli hesab olunur:

“Bu səfərin ABŞ Prezidenti Donald Trampla görüşdən dərhal sonra baş tutması isə beynəlxalq dairələrin diqqətini cəlb edib. Alyaska görüşü Rusiya–ABŞ münasibətlərində müəyyən yumşalma təəssüratı yaratsa da, bunun Putini Çindən uzaqlaşdıracağı barədə proqnozlar indiyədək özünü doğrultmayıb.

Pekin ehtiyatlı mövqe sərgiləyir və açıq siyasi reaksiyalar verməkdən çəkinir. Lakin Çini həm də bölgədə baş verən proseslər yaxından maraqlandırır. Ona görə də Putinin qarşıdakı səfəri təkcə ikitərəfli münasibətlərdə iqtisadi və siyasi gündəliyin müzakirəsi deyil, həm də Alyaska görüşündən sonra müttəfiqi Pekini məlumatlandırmaq, münasibətlərin sabitliyini qorumaq xarakteri daşıya bilər. Bu baxımdan, Rusiya–ABŞ xəttində mümkün yaxınlaşmaların Moskva–Pekin tərəfdaşlığına mənfi təsir etməməsi Kreml üçün strateji əhəmiyyət kəsb edir”.

Siyasi şərhçi Asif Nərmanlı isə deyib ki, Putinin Trampla görüşdən sonra Çin səfərinə iki kontekstdə baxmaq olar:

“Birincisi, bu, rəsmi Pekini məlumatlandırmaqdan çox, Vaşinqtonu şərtləri ilə razılaşdırmaq məqsədi daşıya bilər. Çünki Moskvanın Ukrayna məsələsində ağır şərtləri var və görünür, Alyaskada bu məsələlər müzakirə edəndən sonra Kiyevin razı salınmasını gözləyir. Çinə səfər etməklə də ABŞ-a şərtləri qəbul edilmədiyi təqdirdə, seçiminin necə olacağını göstərir.

İkincisi, qlobal oyun bitmədiyi, mövqelər paylaşdırılmadığı müddətdə Moskva Pekin qapısını açıq saxlayacaq və bu alternativdən daim istifadə etməyə çalışacaq”.

Analitik qeyd edib ki, Putin-Szinpin görüşündə Orta dəhlizin və bu marşrutda əsas nöqtələrdən olan Zəngəzur dəhlizinin müzakirəsi istisna deyil:

“Çünki Vaşinqtonda Azərbaycan-Ermənistan anlaşması və ABŞ-ın Zəngəzur dəhlizində mövcudluğunun əsas hədəfi Orta dəhlizi nəzarətə götürmək, Çinin yolunu bağlamaq, ən azı “Bir kəmər, bir yol” layihəsində təsir imkanlarını artırmaqdır. Bayden Administrasiyası da buna çalışırdı, lakin Ermənistana dəstək verməklə “yanlış ata” oynadılar. Tramp isə faktiki olaraq buna nail oldu. İndi Çin üçün əsas məsələlərdən biri “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizində mövqelərini qorumaqdır və bunun üçün ilk öncə Rusiyanın ona arxadan zərbə vurmayacağına əmin olmaq istəyir. Mümkündür ki, Pekin Cənubi Qafqazda Moskva ilə birlikdə hərəkət etmək istəyə bilər, daha dəqiq desək, Rusiyanın bölgədə az da olsa hələ də qalan təsir rıçaqlarından ABŞ-ın regiondakı mövqelərini zəiflətmək xəttini izləyə bilər. Lakin Çinin birbaşa müdaxilə imkanları çox deyil, xüsusilə nəzərə almaq lazımdır ki, Pekinin “açılım strategiyası” maksimum ehtiyatlılıq və birbaşa müdaxilənin olmaması prinsipinə söykənir. Çin Orta dəhlizdə Rusiya ilə birlikdə hərəkət etmək xəttini izləməklə yanaşı, iqtisadi imkanlarını işə sala bilər.

1. Mərkəzi Asiyada iqtisadi yatırımlarını genişləndirə, bu regiona ABŞ-ın girişini məhdudlaşdırmağa çalışa bilər.

2. Cənubi Qafqazda ABŞ-ın təsiri qarşısında mövqelərini saxlamaq üçün həm Azərbaycan, həm Ermənistanla iqtisadi əməkdaşlığı dərinləşdirə bilər.

3. Regionda İranın müdaxilələrinə pərdəarxası dəstək verə bilər.

4. Zəngəzur dəhlizinin açılması ilə tranzit imkanlarının zəiflədiyini düşünən Gürcüstanda mövqelərini gücləndirmək istiqamətində addımlarını müşahidə edə bilərik”.

Oxunub: 831
Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət / Qarabağ

23-08-2025, 11:10

Rumıniyalı senator Qarabağda aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb - FOTOLAR

Manşet

22-08-2025, 10:02

Türkiyə Ukrayna üçün “Ağdam modeli”ni təklif edir

Manşet

21-08-2025, 16:32

Pezeşkianın Belarus səfəri ilə bağlı GİZLİ MƏQAMLAR: Zəngəzur dəhlizi və...

Manşet

21-08-2025, 10:40

Son 10 günün ən mühüm hadisəsi – Paşinyan bu sirri açdı

Manşet

21-08-2025, 09:50

Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq – sensasion iddia

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
13-09-2025, 13:00
“Vüsal 300” barəsində cinayət işi başlanıldı - Ofisi möhürləndi
13-09-2025, 10:59
Kəlbəcərdə fermerə silahlı HÜCUM
12-09-2025, 08:24
Əvvəlcə qonşusunu, sonra anası ilə qardaşını güllələdi
11-09-2025, 22:04
"Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm" - Əhmədin şok etirafı - FOTO
11-09-2025, 12:26
Gümrü merinin oğlu həbs olundu
10-09-2025, 20:42
Azərbaycanda evdən içi pulla dolu seyf oğurlandı
Son xəbərlər
  • 27-09-2025, 16:55
    XİN rəsmisi 4 minə yaxın itkin düşən azərbaycanlının taleyi ilə bağlı BMT-də çağırış edib
  • 27-09-2025, 16:20
    Azərbaycana mavi pendir satan ölkələr — Qiymətlər
  • 27-09-2025, 15:44
    Prezidentin əlindən tutduğu Nilay kimdir?
  • 27-09-2025, 14:30
    Orta məktəblərdə pul yığılması halları var — Emin Əmrullayev
  • 27-09-2025, 12:30
    İkinci Şəhidlər xiyabanının adı dəyişdirildi
  • 27-09-2025, 11:48
    Alyona Əliyeva Anım Günü münasibətilə paylaşım edib
  • 27-09-2025, 10:31
    Azərbaycan xalqı Zəfər parkını ziyarət edir
  • 27-09-2025, 10:16
    Kamaləddin Qafarov: “2020-ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”
  • 27-09-2025, 09:53
    MN Anım Günü ilə bağlı video yaydı — Real kadrlar-VİDEO
  • 27-09-2025, 09:30
    Xarici İşlər Nazirliyi Anım Günü ilə bağlı bəyanat yaydı
  • 27-09-2025, 09:24
    Vətən müharibəsinin xronikası: 27 sentyabr — VİDEO
  • 27-09-2025, 01:00
    Prezidentdən Anım Günü ilə bağlı paylaşım — VİDEO
  • 15-09-2025, 15:00
    Ferdi Tayfurun məzarını bu məşhur siyasətçi düzəltdirib
  • 15-09-2025, 14:41
    Nazirliyin Aparat rəhbəri vəzifəsindən getdi, müşavir təyin edildi
  • 15-09-2025, 14:30
    Nigar Fərhadda ağır xəstəlik AŞKARLANDI
  • 15-09-2025, 14:11
    Sabah yağış yağacaq
  • 15-09-2025, 14:04
    VHP rəhbərliyi 15 sentyabr-Bakının azad olunmasının ildönümündə Türk Şəhidliyini ziyarət etdi
  • 15-09-2025, 14:00
    Bu qanuna dəyişiklik ediləcək
  • 15-09-2025, 13:48
    Mehriban da məktəbə getdi... - FOTO
  • 15-09-2025, 13:30
    Türkiyə kəşfiyyatı İsrailin planını pozdu
  • 15-09-2025, 13:18
    Sabancıların 29 illik evliliyi bitir - 5 milyard təzminat istəyir
  • 15-09-2025, 13:10
    70 yaşlı Əməkdar artist arzusunu açıqladı: "Xalq artisti..."
  • 15-09-2025, 13:00
    Azərbaycanda bu şəxslərə yüksək məbləğdə pul veriləcək - SİYAHI
  • 15-09-2025, 12:39
    Bakıda şagird sıxlığı pik həddə çatıb: "Əlavə 200 məktəb tikilməlidir"
  • 15-09-2025, 12:30
    Azərbaycanlı Rusiyada deputat seçildi
  • 15-09-2025, 12:17
    “Balıq alarkən, qulağına yox, bu hissələrinə diqqət edin, günah hesab edilən balıq…” — AĞA SALAMOV
  • 15-09-2025, 12:00
    Bu müəllimlərin maaşları ARTDI – RƏSMİ
  • 15-09-2025, 11:41
    MN-dən əhaliyə XƏBƏRDARLIQ: “Partlayış səsləri ilə əlaqədar...”
  • 15-09-2025, 11:30
    Dəhşətli qətl - 42 yaşlı kişi ÖLDÜ
  • 15-09-2025, 11:17
    Ukraynalılar cəbhəyanı rayonlardan TƏXLİYƏDƏN İMTİNA EDİR - SƏBƏB
  • 15-09-2025, 11:00
    Polşa Rusiya ilə müharibəyə HAZIRDIR?... Nazir AÇIQLADI
  • 15-09-2025, 10:49
    Çindən "Taliban"a BÖYÜK DƏSTƏK
  • 15-09-2025, 10:44
    Azərbaycanda iki valyuta bahalaşdı - RƏSMİ
  • 15-09-2025, 10:33
    Ruslar bir gündə bu qədər əsgər İTİRDİ – ŞOK RƏQƏMLƏR AÇIQLANDI
  • 15-09-2025, 10:30
    Prezident Xocalının Daşbulaq kəndində tut bağında görülmüş işlərlə tanış olub - FOTO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə