Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev dəfn olunub.
O, II Fəxri xiyabanda torpağa tapşırılıb.
***
Ötən gün vəfat edən Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyevin dəfn olunacağı yer açıqlanıb.
Gündəmtv.az Modern.az-a istinadən xəbər verir ki, mərhumun yas mərasimi Heydər məscidində keçiriləcək.
S.Mirzəyev bu gün saat 3-də İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, S. Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib. O, uzunsürən xəstəlikdən sonra iyulun 22-də 72 yaşında dünyasını dəyişib.