Maraqlıdır ki, bir çoxu yerli istehsal olan çərəzlərin qiymətinin belə olması nədən qaynaqlanır?
Gündəmtv.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında çərəz və meyvə qurularının baha olmasının əsas səbəbini məhsuldarlığın aşağı olması ilə əlaqələndirib:
“Ölkə daxilində və yaxud ixrac məhsullarında qiymətlərin bahalaşması qıtlıqla əlaqədardır. Onun səbəbi isə bu ilki əlverişsiz hava şəraitidir. Çərəz payız aylarında yetişir, amma onun inkişaf mərhələsi yazdan başlayıb. O vaxtki yağış, külək isə məhsulların çürüməsinə səbəb olub. Məhsul az olduğu üçün qiymətlər ötən illə müqayisədə bahadır. Spesifik problemlər isə bunlardır ki, ölkədə çərəz, meyvə istehsalı tam inkişaf etməyib. Yeni salınan bağlar güclü məhsul vermək üçün hələ tam yetişməyib”.
İqtisadçının fikrincə, bu sahəyə qoyulan investisiya tam işə düşməsə də, qarşıdakı illərdə bunun bəhrəsi görüləcək:
“Çərəzin saxlanma şəraitinə də xüsusi diqqət yetirilməlidir. Bəzi xəstəliklər məhz çərəzlərin normal temperaturda saxlanılmamasından yayılır. Yararsız hala düşən çərəzlərin orqanizmə mənfi təsiri var. Təəssüf ki, keyfiyyətsiz və yararsız hala düşən çərəzlər bazarda bir az aşağı qiymətə satılır”.
Ekspert son illər çərəzin ixracının da zəiflədiyini bildirib. Onun sözlərinə görə buna səbəb saxlanma şəraiti, məhsulun çeşidlənib, xarabın təmizdən ayrılmamasıdır.