• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Dünyada 2, bizdə isə 6 manat: Azərbaycanda bu məhsulu əhaliyə niyə 3 dəfə baha satırlar?

Manşet / İqtisadiyyat / Cəmiyyət

6-10-2024, 13:08


2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon 38.95 min dollar dəyərində 48 min 130 ton düyü idxal olunub. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 17.3% və ya 7092 ton, dəyər baxımından isə 36.4% və ya 13 milyon 353 min dollar çoxdur.

Hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 tonunun orta idxal qiyməti 16.3% artaraq 1039.6 dollara bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 893.9 dollar təşkil edib. 2023-ci ilin yanvar-avqust aylarında Azərbaycana 36 milyon 685 min dollar dəyərində 41 min 38 ton düyü gətirilib.

Hesablama aparsaq görərik ki, ölkəyə idxal olunan düyünün 1 kiloqramının dəyəri 1 manat 80 qəpikdir. Buna baxmayaraq, mağazalarda düyünün qiyməti bir kilo üçün 4-12 manat arası dəyişir.

Düyünün idxaldan sonra bu qədər baha olmasının səbəbi nədir?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Razı Abbasbəyli Publika.az-a açıqlama verib.
Onun sözlərinə görə, dünya birjasında 2023-cü ildən etibarən düyünün qiymətində ciddi şəkildə bahalaşma baş verib.

"Planetimizdə 500 milyon ton düyü istehlak edilir və əsas istehlak edən ölkələr həm də ixracatla məşğul olurlar. Top beşlikdə Çin, Hindistan, İndoneziya, Tayland kimi ölkələr var. 2023-cü ildən etibarən həm Hindistan, həm Çin, həm də Tayland ixracla bağlı konkret məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Bu da düyünün bahalaşmasına gətirib çıxardı.

Nəticə etibarı ilə də Azərbaycan düyü ilə bağlı öz daxili tələbatını ödəyə bilməyən və daha çox idxaldan asılı ölkə hesab edilir. Son zamanlar Azərbaycanda çəltik əkinləri ilə bağlı təsərrüfatların sayında 4 %-ə qədər artım müşahidə edilir. Buna baxmayaraq, daxili bazara çıxarılan düyü demək olar ki, əsas tələbin ən yaxşı halda 25-30%-ni ödəyir. Dünya bazarlarında düyünün qiymətinin bahalaşması əlbəttə ki, Azərbaycanın daxili bazarında da qiymətlərə öz təsirini göstərir”.

Ekspert diqqətə çatdırıb ki, dünya bazarındakı bahalaşmaya görə Azərbaycanda pərakəndə satış nöqtələrində qiymətlər kifayət qədər yüksəkdir:

"Burada bir sıra səbəblər var. Qara dəniz ölkələri ərazisində coğrafi olaraq qeyri-sabitlik, daşınma xərclərinin artırılması Azərbaycanın daxili bazarına təsir edir. Logistika xərclərinin bahalaşması ölkəyə idxal edilən düyünün qiymətinə də təsir göstərir. Dünya birjasındakı qiymətləri Azərbaycanın daxili bazarlarında pərakəndə satış nöqtələri ilə müqayisə etsək görərik ki, 1,5 dəfəyə qədər bahalaşma var. Bundan əlavə, Azərbaycana idxal edilən düyü ölkənin daxilində qablaşdırılır və qablaşdırma xərcləri də burada nəzərə alınmalıdır. Bu da müəyyən mənada daxili bazardakı qiymətlərə təsir göstərir.

Bütün bunlara baxmayaraq, Azərbaycanın daxili bazarında satılan düyünün faktiki olaraq qiyməti real bazar dəyərindən çoxdur. Yəni rəqabət mühiti olmadığına görə, əsasən inhisarçılığın mövcud olması nəticə etibarı ilə də daxili bazarda təxminən 30-40% arasında süni qiymət artımına gətirib çıxarır. Ölkəmizdə düyü idxalçılarının sayının az olması, eyni zamanda müvafiq dövrlər istisna olmaqla ölkəyə düyü idxalı ilə bağlı bir sıra gömrük rüsumlarının qüvvədə olması faktoru da var. Amma burada söhbət heç də fantastik qiymət fərqindən getmir. Bütün bunların fonunda qiymət artımı təkcə Azərbaycanda deyil, bütün pərakəndə satış nöqtələrindədir”.

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

19-09-2024, 18:10

Hibrid avtomobilləri bahalaşıb?

Manşet / İqtisadiyyat / Cəmiyyət

19-07-2024, 09:30

Bu avtomobillərin ölkəyə girişi məhdudlaşdırılıb - Maşın bazarında bahalaşma

Manşet / İqtisadiyyat

1-06-2024, 11:40

Dollara tələb artımı davam edir: devalvasiya gözlənilirmi?

Manşet / İqtisadiyyat

20-05-2024, 21:44

Ətin qiyməti artacaq - Buna görə...

Manşet / Cəmiyyət

19-05-2024, 15:05

Əhaliyə PİS XƏBƏR: bu məhsul yenidən bahalaşa bilər - VİDEO

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 11:42
    Bu, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması üçün qanuni platforma rolunu oynayır - Deputat
  • Dünən, 11:07
    İnsanlar onları kameraya çəkməlidirlər, ifşa etməlidirlər - Milli Məclisdə vətəndaşlara çağırış
  • Dünən, 11:06
    İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib - FOTO
  • 22-05-2025, 20:07
    Sakinlər üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran mtk-dan Şikayət
  • 22-05-2025, 18:32
    Son üç ildə artan rəqəmlər: Cəlilabadda sosial-iqtisadi inkişaf durmadan artır - ARAŞDIRMA
  • 22-05-2025, 13:30
    Maliyyə Nazirliyi: Azərbaycanda regional maliyyə idarələri yaradılıb
  • 22-05-2025, 13:28
    Bakıda məktəblərə işə qəbulla bağlı test imtahanının vaxtı açıqlanıb
  • 22-05-2025, 13:21
    Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2
  • 22-05-2025, 13:11
    Naxçıvanda kütləvi qida zəhərlənməsi olub
  • 22-05-2025, 12:43
    Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf istiqamətlərini müzakirə edib
  • 22-05-2025, 12:40
    Xocalının azyaşlı sakini: Burada xoşbəxt yaşayacağımıza inanıram
  • 22-05-2025, 10:43
    Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
  • 22-05-2025, 10:33
    Azərbaycan və OPEC Fondu birgə fəaliyyət imkanlarını müzakirə edib
  • 22-05-2025, 10:32
    İrəvan qazılığının fəaliyyəti bərpa edilir
  • 22-05-2025, 10:31
    Azərbaycan XİN İsrailə başsağlığı verib
  • 22-05-2025, 09:40
    Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan olunub
  • 22-05-2025, 09:30
    Avropa Şurası: Bakı və İrəvanla müntəzəm əlaqələr saxlayırıq
  • 22-05-2025, 09:22
    Xəzərdə zəlzələ olub
  • 22-05-2025, 09:00
    Naxçıvanda "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib
  • 21-05-2025, 13:43
    Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib - YENİLƏNİB-3
  • 21-05-2025, 13:30
    Lavrov "3+3" formatında görüşün Ermənistan və Azərbaycanda keçirilməsini təklif edib - YENİLƏNİB
  • 21-05-2025, 13:22
    23 din xadimi ayinlərin icraçısı vəzifəsinə təyinat alıb
  • 21-05-2025, 13:21
    Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
  • 21-05-2025, 13:09
    Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB-2
  • 21-05-2025, 13:08
    Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
  • 21-05-2025, 13:02
    Azərbaycan Prezidenti: Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk
  • 21-05-2025, 13:01
    Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb
  • 21-05-2025, 12:57
    Mirzoyan: Azərbaycanla sülh sazişinin imzalanmasını real hesab edirəm
  • 21-05-2025, 12:51
    Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur
  • 21-05-2025, 12:46
    İlham Əliyev: Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib
  • 21-05-2025, 12:45
    Şöbə müdiri: Qohum evlilikləri ilə bağlı qadağa nəticə verməsə, cəzalar daha da sərtləşdirilməlidir
  • 21-05-2025, 12:43
    Ermənistan və Rusiya 2025-2026-cı illər üçün XİN-lərarası məsləhətləşmələr planı imzalayıb
  • 21-05-2025, 11:22
    Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilir
  • 21-05-2025, 11:20
    Hicran Hüseynova: Zorakılıqdan zərər çəkmiş şəxslər dövlət hesabına hüquqi yardımla təmin edilib
  • 21-05-2025, 11:16
    İlham Əliyev: Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə