İran mətbuatı helikopter qəzasında dünyasını dəyişən ölkənin keçmiş prezidenti İbrahim Rəisinin peycerlə çəkilən görüntüsünü paylaşır.
Gündəmtv.Az xəbər verir ki, yerli medianın iddiasına əsasən, bu görüntü 2022-ci ilə və Pakistan xarici işlər naziri ilə görüşə aiddir.
Xatırladaq ki, dünən bütün Livan ərazisi boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Partlayışda İranın Livandakı səfiri də yaralanıb.