Baş nazir Əli Əsədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İran Prezidenti İbrahim Rəisi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və helikopter qəzasında həlak olan digər şəxslərlə anım mərasimində iştirak etmək üçün İranın paytaxtı Tehrana səfərə gedib.
“Gündəmtv.az” xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
***
Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək.
Bildirilib ki, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.
Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.