"Azərbaycanın suverenliyinin bərpası, separatizmin kökünün kəsilməsi ilə nəticələnib Cənubi Qafqazda yeni reallıqlar yaradan 19-20 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirilən antiterror əməliyyatından bir il ötür. Bununla da Azərbaycan torpaqlarında erməni separatizminə birdəfəlik son qoyuldu. Bu eyni zamanda Azərbaycanın erməni işğalçıları üzərində tam və qəti qələbəsini təmin etmiş oldu".
Bunu
Gündəmtv.Az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.
O deyib ki, bu antiterror tədbirləri Azərbaycanın separatizmin kökükün birdəfəlik kəsilməsi, suverenliyinin tam bərpası və ermənilər üzərində tam qələbənin tam edilməsi baxımdan deyil, həm də beynəlxalq miqyasda çox böyük tarixi əhəmiyyət kəsb edən hadisə oldu.
"Azərbaycan lokal antiterrot tədbrilərini sivil insanlara xələl gətirmədən yüksək səviyyədə qısa müddət ərzində həyata keçirməklə bir daha hərbi cəhətdən necə peşəkarlığa və qüdrətə sahib olduğunu beynəlxalq aləmə nümayiş etdirdi. Uğurlu əməliyyat nəticəsində Azərbaycan bölgədə yeni reallıq yartamış oldu. Nəticədə bölgədəki rus hərbi kontingenti ən qısa müddətdə nəzərdə tutulan müddətdən tez bir zamanda Azərbaycan ərazisini tərk etməli oldu. Azərbaycan belə bir möhtəşəm qələbəyə müzəffər Ali Baş Komandan və cənab Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində nail oldu. Azərbaycanın bu möhtəşəm uğuru ölkəmizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasına və mürəkkəb geosiyasi prosesərdə qlobal sülhə, təhlükəsizliyin təmin olunmasına və digər qlobal problemlərin həllinə öz töhfəsini vermək baxımdan ciddi oyunçu rolunda çıxış etməsinə geniş imkanlar yaratdı. Məhz bu düşünülmüş uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycan bu gün yeni dünya düzənində geosiyasi mübarizə aparaq əks tərəflər arasında əməkdaşlıq körpü yaratmaqdadır. Azərbaycan bu gün faktiki olaraq Qərblə Şərq, Şimalla Cənub arasında etibarlı qovşaq rolunu oynamaqdadır. Bununla da Azərbaycan geosiyasi proseslərin daha ciddi kataklizmlərə yol açmasının qarşısının almasına öz töhfəsini verməkdədir. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq miqyasda artan roluna xidmət edir", - o qeyd edib.
Əlavə edib ki, bir il öncə həyata keçirilən antiterror əməliyyatı Azərbaycanın əsl sahiblərinin kim olduğunu ortaya qoydu: "Bir il keçməsinə baxmayaraq artıq Xankəndidə, Xocalıda həyat yenidən öz məcrasına dönməkdədir. Bu il 32 ildən sonra ilk dəfə Xocalıda məktəb zəngləri çalındı. Xankəndidəki Qarabağ Universitetində azərbaycanlı tələbələrə yeni tədris ilinə başladılar. Bir zamanlar bizim üçün röya kimi görünən hadisələr bu gün real həyatda baş verməkdədir. Əminəm ki, cənab Prezidentin liderliyi altında yaxın zamanlarda Azərbaycan irəli sürdüyü şərtlər daxilində Ermənistanla sülh sazişinin imzalanmasına nail olacaq. Ermənistan özü buna məcbur olacaq. Çünki onun başqa alternativi də yoxdur".