• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Prezidentin verdiyi mesajlar: Vaxtı çatıb, bunlar ləğv olunmalıdır

Manşet / Siyasət

14-05-2024, 17:30



ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq Ermənistan və Azərbaycana regional səfəri çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə görüşlər keçirib. Bu səfər əvvəlki illərdəki səfərlərdən bir çox parametrlərinə görə fərqlənirdi və bu özünü görüşlərdə, müzakirələrdə də büruzə verdi. Biz bu səfərləri şərti olaraq üç mərhələyə bölə bilərik.

Birincisi, Ermənistanın Azərbaycan torpaqlarını işğal dövründəki səfərlər. Bu səfərlər zamanı əsas müzakirə predmeti işğala son qoyub regional sülhə nail olmaq məsələsi və bu məsələdə ATƏT-in, ATƏT-in Misk Qrupu həmsədrlərinin rolu, səyi müzakirə olunurdu.
İkincisi, 2020-ci ildə 44 günlük müharibədən 19-20 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirilən antiterror mərhələsinədək olan dövr. Bu dövrdə ölkələrin ərazi bütövlüyü, suverenliyi, Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyası, sülh sazişi, kommunikasiyaların açılması və sair bu kimi məsələlər əsas müzakirə predmeti idi.
Üçüncü mərhələ isə Qarabağda həyata keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etməsindən sonrakı dövr. Ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycan üçün artıq münaqişə tarixə qovuşub. Azərbaycanın əsas hədəfi Cənubi Qafqazda dayanıqlı sülhü təmin etməkdir və bu məqsədlə də sülh təşəbbüsü ilə çıxış edərək şərtlərini Ermənistan tərəfinə təqdim edib, sülh danışıqları da bu istiqamətdə gedir.
ATƏT yarandığı dövrdən üzərinə düşən əsas missiyalardan biri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə nail olmaq idi. Lakin ATƏT bu müddət ərzində üzərinə götürdüyü missiyanı yerinə yetirib bölgədə dayanıqlı sülhə nail olmaq əvəzinə bir çox hallarda Azərbaycana müxtəlif formalarda təzyiqlər edib işğal faktı ilə barışmağı tövsiyə edirdi. Amma Azərbaycan ATƏT-in beynəlxalq hüquq norma və prinsiplərinə zidd, beynəlxalq aləmdə pis prezedentlərə səbəb ola biləcək təklifləri daim rədd edirdi. ATƏT-in bu təklifi həm də bölgədə dayanıqlı sülhə deyil, gərginliyin sonsuzluğadək davam etməsinə və Ermənistanı işğalçılıq siyasətini davam etdirməsinə yeni imkanlar yaradırdı.
ATƏT və BMT-nin məsələnin həllində ciddi addımlar atmayacağını görən Azərbaycan özü bu problemi həll etmək qərarını verdi və bunun da öhdəsindən uğurla gəldi.
Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması ilə bağlı yeni reallıq yaradıb. Beynəlxalq təşkilatlar, ölkələr kimi, ATƏT də istəməsə belə, bu reallığı həzm etmək məcburiyyətindədir. Çünki başqa seçimi qalmadı. Biz bunu ATƏT-in fəaliyyətdə olan sədrinin bölgəyə bu səfərində aydın şəkildə gördük.

ATƏT Azərbaycanın Cənubi Qafqazda sülhü, əməkdaşlığı təmin edən gündəliyin şərtlərini dəstəklədiklərini bəyan edib.

ATƏT-in fəaliyyətdə olan sədri İan Borq İrəvanda səfəri zamanı ona Qarabağ, Qarabağ ermənilərinin geri qaytarılması, sərhədlərin demarkasiyası məsələsi ilə bağlı ünvanlanan suallara ehtiyatla cavab verib, diplomatik metodlarla yayınmağa çalışdı, yaxud da cavab verməkdən imtina etdi. Hətta İan Borqun Qarabağ və ermənilərin Qarabağa qayıdışı ilə bağlı suallardan yayınması və Qarabağ adını dilə gətirməməsi, bütün məsələlərin yalnız ikitərfəli danışıqlar yolu ilə həll edilməsi barədə səsləndirdiyi fikirlər erməni cəmiyyətinin ciddi hiddətinə səbəb oldu. Ermənistan mediası “ATƏT sədri Qarabağ məsələsini birdəfəlik dəfn etdi” kimi ifadələr işlətməli oldu.

ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun Azərbaycana səfəri çərçivəsində isə rəsmi Bakının sərt və qətiyyətli mövqeyi ilə üzləşməsi onu çıxılmaz vəziyyətə saldı.

Xarici İşlər Nazirliyində keçirilən görüşdə nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-dəki dövlətlərin ədalətli mövqeyini görmədiyini İan Borqun diqqətinə çatdırdı.

Azərbaycanın məsələni təkbaşına həll edərək bölgədə sülhün təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verən Ceyhun Bayramov bildirib ki, sülh müqaviləsi ətrafında danışıqlar fevral ayından intensiv xarakter alıb. "Dünya düzənində hazırda qeyri-müəyyənlik tendensiyası var. İstənilən halda, fundamental prinsiplərə hörmət edilməlidir. Dünya ictimaiyyəti hansısa dövlətlərin maraqlarından ibarət deyil.
Azərbaycan-Ermənistan normallaşma prosesi istiqamətində iki ölkə arasında birbaşa danışıqlardan istifadə edilməsi, ən müsbət nəticə verən formatdır. Bunun təsdiqi kimi son altı ayda bir sıra etimad quruculuğu tədbirlərini qeyd edə bilərik. Ən yeni irəliləyişlər sırasında apreldə iki ölkə arasında Azərbaycan-Ermənistan sərhədinin bir hissəsində delimitasiya prosesinə start verilməsi və burada siyasi-diplomatik yolla Azərbaycanın uzun illər ərzində işğal altında olan 4 kəndinin azad olunmasını qeyd edə bilərik”, - nazir Bayramov qeyd edib.
O, delimitasiya prosesini çox müsbət və tarixi hadisə kimi dəyərləndirib. Qeyd edib ki, buna iki dövlət arasında danışıqlar, siyasi, diplomatik yolla nail olundu.
Prezident İlham Əliyevlə görüşdə Bakının İrəvanla sülh prosesinin təşəbbüskarı olduğunu və sülh müqaviləsinin mətninin də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim etdiyini ATƏT sədrinin diqqətinə çatdırıldı.
Prezident qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılmasında nə ATƏT, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi heç nə etmədi. Prezident onu da təşkilatın sədrinin diqqətinə çatdırdı ki, əksinə bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib.
ATƏT-in yarıtmaz fəaliyyətini sədr İan Borqun diqqətinə çatdıran Prezident İlham Əliyev Azərbaycanın öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoymaqla Ermənistan-Azərbaycan münaqişəsini tarixə qovuşdurduğunu bildirdi. Artıq belə bir münaqişə mövcud olmadığından ATƏT-in Minsk Qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının çatdığını da sədrin diqqətinə çatdırdı. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görmür. Onsuz da 44 günlük müharibədən sonra ATƏT-in istər Minsk Qrupu, istərsə həmsədrlik institutu öz mahiyyətini itirib və buna lüzum qalmayıb. Bundan sonra da belə bir cəhdlər nəticəsiz qalacaq.

Azərbaycan Prezidentinin görüşdə verdiyi əsas mesajlardan biri bu oldu.

Digər mühüm mesaj isə COP çərçivəsində qarşılıqlı etimada xidmət edən regional əməkdaşlıq üçün geniş imkanların olması məsələsi idi. Əminəm ki, Avropa Azərbaycan Prezidentinin bu mesajlarına adekvat cavab verəcək və bölgədə dayanıqlı sülhün, əməkdaşlığın yaranması istiqamətində hərəkətə keçəcəklər.

Paylaş:
Digər xəbərlər

Manşet

12-05-2024, 14:30

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxır

Siyasət

11-05-2024, 14:09

Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar

Siyasət

11-05-2024, 13:51

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb

Siyasət

10-05-2024, 12:39

İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR

Siyasət

10-05-2024, 00:30

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 23:01
    Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
  • Dünən, 20:43
    XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
  • Dünən, 20:20
    Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
  • Dünən, 19:30
    Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb
  • Dünən, 18:10
    Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
  • Dünən, 14:31
    “Xankəndi” Biznes Mərkəzi rezident şirkətlər üçün müasir və rahat işgüzar mühit təklif edəcək
  • Dünən, 14:15
    Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
  • Dünən, 13:05
    Xankəndidəki tikiş fabriki Azərbaycan-Özbəkistan investisiya əməkdaşlığının bariz nümunəsidir
  • Dünən, 12:53
    Azərbaycan Keniyanın Gənclərin Liderlik və İnnovasiya Mərkəzinə maliyyə yardımı təqdim edib
  • Dünən, 12:40
    Doktoranturaya qəbul üzrə danışıq imtahanları keçirilib
  • Dünən, 11:31
    Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur
  • Dünən, 11:24
    Anar Bağırov: Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir
  • Dünən, 10:10
    Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının mükafatına layiq görülüb
  • Dünən, 10:05
    Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan başlayıb - YENİLƏNİB
  • Dünən, 09:17
    Elçin Əmirbəyov: Ermənistanla normallaşma üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb
  • Dünən, 05:30
    Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
  • 5-07-2025, 18:20
    Ruanda səfiri: Azərbaycan müstəqillik illərində sülhə üstünlük verib və bu, nailiyyətlər qazandırıb
  • 5-07-2025, 17:17
    Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib
  • 5-07-2025, 17:12
    Azərbaycan pilotlarının yüksək peşəkarlıq sərgilədiyi “Anadolu Qartalı-2025” təlimindən
  • 5-07-2025, 10:22
    Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib
  • 5-07-2025, 10:13
    "Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdir
  • 5-07-2025, 02:00
    Qərbi Azərbaycan Xronikası: Güllə səsləri eşidilirdi, camaat məcbur qalıb kəndi tərk etdi
  • 4-07-2025, 16:43
    Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
  • 4-07-2025, 16:01
    Mahinur Özdemir Göktaş: Laçında keçirilən İƏT Qadınlar Forumu əhəmiyyətli regional dialoqun başlanğıcı olub
  • 4-07-2025, 16:00
    ECO-nun Baş katibi: Xankəndidə tarixi Zirvə görüşünün təşkilində yaxından iştiraka görə İlham Əliyevə təşəkkür edirik
  • 4-07-2025, 15:21
    Türkmənistanlı nazir: ECO enerji üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük potensiala malikdir
  • 4-07-2025, 14:38
    Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"
  • 4-07-2025, 14:38
    Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
  • 4-07-2025, 14:12
    Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib – MƏHKƏMƏ
  • 4-07-2025, 13:40
    İlham Əliyev: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
  • 4-07-2025, 13:37
    Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
  • 4-07-2025, 12:22
    Rusiyanın Kiyevə hücumu nəticəsində azərbaycanlılara məxsus restoran yanıb - FOTOREPORTAJ
  • 4-07-2025, 12:17
    İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
  • 4-07-2025, 12:13
    TDT-nin Baş katibi ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndidədir
  • 4-07-2025, 12:07
    Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə