44 günlük müharibədən sonra Ermənistanda böyük miqdarda silah-sursat yoxa çıxıb.
Gündəmtv.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətinin iclasında bəyan edib.
Paşinyan əlavə edib ki, bu mövzu bir neçə dəfə müzakirə edilib. "Məsələ hətta Təhlükəsizlik Şurasında da müzakirə olunub".
O əlavə edib ki, bu məslənin araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərinə tapşırıq verib.
Paşinyan onu da bildirib ki, qeyri-qanuni silahların axtarışı ilə bağlı metodologiyaya yenidən baxılmalıdır. "İstifadə etdiyimiz metodologiya artıq yeni çağırışlara cavab vermir", - o vurğulayıb.