Ermənistan Baş naziri Nikol Paşinyanın sədrliyi ilə hökumətin bu gün keçirilən iclası cəmi 20 dəqiqə çəkib.
Gündəmtv.Az xəbər verir ki, gündəliyə daxil edilmiş 46 məsələdən yalnız 3-ü sürətləndirilmiş qaydada müzakirəyə çıxarılıb.
Gündəlikdə olan məsələlər bitdikdən sonra Baş nazir Nikol Paşinyan deyib: “Bizim müzakirə edəcəyimiz məsələlər bitib. Amma mən Zəngəzur səfərindən sonra qapalı formatda məsələləri müzakirə etmək istəyirəm”.
Bundan sonra yayım dayandırlıb.
Qeyd edək ki, Paşinyan iyunun 16-də Zəngəzurda səfərdə olub. O eyni zamanda bəyan edib ki, Azərbaycanla sərhədlərin delimitasiya, demarkasiya prosesinin növbəti mərhələsi Zəngəzurdan başlaya bilər.