Avropa İttifaqında iri sənaye müəssisələri sürətlə fəaliyyətini dayandırır.
Gündəm24.az xəbər verir ki, bu barədə "RİA Novosti" Avropa Yenidənqurma Monitorunun hesabatına əsasən yazır.
Məlumatda bildirilir ki, 2024-cü ilin yanvar-avqust aylarında Aİ-də ümumilikdə 72 böyük sənaye müəssisəsi bağlanıb.
Bu, 2009-cu ildən bəri ən yüksək göstərici sayılır. Həmin böhran ilində 81 müəssisə fəaliyyətini dayandırıb.
Müqayisə üçün, pandemiyanın ən ağır dövrü olan 2020-ci ildə belə bağlanan müəssisələrin sayı cəmi 49 olub.
Mütəxəssislər hesab edirlər ki, hazırkı proses Avropa iqtisadiyyatı üçün ciddi risklər yaradır.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 34