• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

İki nüvə dövləti savaşdı, Azərbaycan ziyan çəkdi

Cəmiyyət / Son dəqiqə

30-08-2025, 19:34



Ekspertlərdən fərqli fikirlər: “Siyasi və hərbi hadisələr turizmə yönəlik təhlükəsizlik narahatlıqlarını artırır, bu da turist sayının azalmasına səbəb olur”



Son dövrlər beynəlxalq aləmdə baş verən hadisələr, o cümlədən Hindistan-Pakistan müharibəsi, eləcə də Rusiyanın Azərbaycana qarşı atdığı addımlar Azərbaycana gələn xarici turistlərin sayına təsir edib.

Bu barədə yazan FED.az saytında bildirilir ki, 2025-ci ilin ilk altı aylıq nəticələrinə görə, xaricdən Azərbaycana turizm məqsədilə 842 min nəfər gəlib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 7 min nəfər və ya təqribən 1% azdır. Azalmanın səbəbi Rusiya və Hindistandan gələn turistlərin sayındakı geriləmədir.

Yanvar-iyun aylarında Rusiyadan Azərbaycana turizm məqsədilə cəmi 240 min nəfər gəlib. Bu əvvəlki ilin eyni dövrünə nisbətən 56 min nəfər və ya 19% azalmadır. Hindistandan gələnlərin sayı isə 12 min nəfər və ya 9% azalaraq 105 min nəfərə düşüb.

Hindistandan gələn turistlərin azalmasının səbəbi Hindistan-Pakistan savaşında Azərbaycanın Pakistanı dəstəkləməsi olub. Buna cavab olaraq bəzi Hindistan turizm şirkətləri Azərbaycana səyahətləri ləğv edib.

Yeri gəlmişkən, Pakistandan Azərbaycana turistlərin sayı 2% artaraq 28 min nəfərdən 29 min nəfərə yüksəlib.

Doğurdanmı, siyasi olaylar ölkəmizə turistlərin axınının azalmasına səbəb olub?

Beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova mövzu ilə bağlı bunları deyib: “Təhlükəsizlik məsələləri, siyasi və iqtisadi sabitlik, müsbət ölkə imici turistlərin axını üçün kritik ünsürlərdir. Siyasi hadisələrin təsirlərini hətta bir neçə başlıq altında ümumiləşdirə bilərik. Ölkədəki təhlükəsizliyə dair turistlərdə formalaşmış düşüncə, gediləcək ölkə ilə olan diplomatik və ya dostluq əlaqələri, o cümlədən, iqtisadi və siyasi istiqrar mühüm faktorlardır. Terror hücumları, müharibələr, çevriliş cəhdləri və ya vətəndaş iğtişaşları turistlərdə təbii olaraq təhlükəsizliyə dair narahatlıq doğurur. Məsələn, 2011-ci ildə ”Ərəb baharı"ndan sonra yaranan siyasi qeyri-sabitlik və terror hücumları Misir, Liviya və Tunis kimi ölkələrdə turist sayında əhəmiyyətli dərəcədə azalmaya səbəb olmuşdu. 30 illik işğal müddətində bəzi AB ölkələrində belə bir düşüncə var idi ki, sanki Azərbaycanın hər bölgəsində, hətta Bakı şəhərində müharibə vəziyyətidir və təhlükəlidir.

2015-ci ildə Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasında diplomatik böhran yaşandı. Rusiya Türkiyəyə çarter uçuşlarını və turpaketləri ləğv etdi. Nəticədə 2016-cı ildə Türkiyəyə gedən rus turistlərin sayı 76% azaldı".

Mütəxəssis qeyd edir ki, uzun müddət davam edən iqtisadi və siyasi qeyri-sabitlik yaşayan ölkələrdə, məsələn, Əfqanıstan və Suriyada turizm sektoru, demək olar ki, inkişaf etməyib. Əksinə, İsveç və İsveçrə kimi iqtisadi və siyasi cəhətdən sabit və neytral ölkələrdə turizm sektoru daha cəlbedicidir. Yunanıstanda 2008-ci ildə baş verən iqtisadi və siyasi böhran zamanı yaşanan etiraz aksiyaları və sosial iğtişaşlar turizmə mənfi təsir göstərdi.

Ümumilikdə siyasi hadisələr ölkənin “təhlükəli” və ya “təhlükəsiz” olması barədə müəyyən imic formalaşdırır".

Turizm üzrə mütəxəssis Ceyhun Aşurov da deyir ki, regionda baş verən siyasi və hərbi gərginliklər - xüsusilə Rusiya-Ukrayna, Hindistan-Pakistan və İran-İsrail arasındakı münaqişələr - turistlərin səyahət planlarına birbaşa təsir göstərib. Onun sözlərinə görə, təhlükəsizliklə bağlı narahatlıq yaranan kimi insanlar ilk növbədə səyahətlərini ya ləğv edir, ya da daha sabit və təhlükəsiz bölgələrə üz tuturlar.

Aşurov qeyd edir ki, xüsusilə İran və İsraildən Azərbaycana gələn turistlərin sayı son vaxtlar artım göstərirdi. 2024-cü ildə Azərbaycana İrandan 210 min, İsraildən isə 29 min nəfər gəlmişdi və bu, əvvəlki illərlə müqayisədə müsbət dinamika nümayiş etdirirdi. Lakin bölgədəki gərginliklərə görə turistlərin sayı azaldı.

Xüsusilə İran istiqamətində daha böyük artım gözlənilirdi. İyunun 15-dən etibarən Tehran və Təbriz şəhərlərindən Bakıya birbaşa uçuşların bərpası planlaşdırılmışdı. Həftə ərzində 6-7 reysin həyata keçirilməsi nəzərdə tutulurdu ki, bu da İrandan gələn turist axınına müsbət təsir etməliydi. Lakin İsrail-İran savaşı bu proqnozlara ciddi şəkildə mənfi təsir göstərdi".

İqtisadçı Natiq Cəfərli isə mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Rusiyadan gələn turistlərin sayının azalması təbiidir:

“Rusiyanın bir çox şəhərlərindən Azərbaycana aviareyslər ləğv olunub. Təxminən bir il - ilyarım bundan qabaq Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana 27-28 reys həyata keçirilirdi. Hazırda isə Şimali Qafqaza, Minvodı, Mahaçqala və digər istiqamətlər üzrə reyslərin sayı xeyli azaldılıb, bəziləri isə ümumiyyətlə ləğv olunub. Bu da Rusiya səmasının təhlükəsiz hesab edilməməsi ilə bağlıdır. Buna görə də, turist axınında azalma müşahidə olunur, amma bu, kəskin deyil və münasibətlərin gərginləşməsnini turizmə ağır zərbə vurmasını deməyə əsas vermir”.

Oxunub: 615
Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Manşet / Cəmiyyət

25-08-2025, 13:10

Pensiyaçılarla bağlı MÜHÜM XƏBƏR

Manşet

22-08-2025, 12:30

QHT Agentliyi qrant müsabiqəsi ELAN ETDİ

Manşet

21-08-2025, 16:03

ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsinin PƏRDƏARXASI: Strateji addım, yoxsa...

Manşet

21-08-2025, 14:10

Pakistanın turizm şirkətlərinin nümayəndələri Azərbaycana səfər edib

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 28-02-2026, 22:30
    İranla sərhədə avtobuslar cəlb edildi: vətəndaşların təxliyəsi həyata keçirilir
  • 28-02-2026, 14:30
    İranın müdafiə naziri ÖLDÜRÜLDÜ
  • 28-02-2026, 12:00
    İrana hücum edilir: XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
  • 28-02-2026, 10:00
    54 yaşlı deputatdan gözlənilməz addım
  • 28-02-2026, 09:30
    Martda bayram bayrama qarışacaq: 16 gün evdə olacağıq
  • 27-02-2026, 17:30
    Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir – Sərəncam
  • 27-02-2026, 09:00
    Pensiyalarla bağlı mühüm təklif
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə